به صفت، عاشق جمال توایمبه خبر، فتنهٔ خیال توایم

خام‌پندارِ سوخته جگراندر هوسِ پختنِ وصال توایم

چه عجب گر ز وصل محرومیمما کجا محرم جمال توایم

غرقهٔ عشق و تشنهٔ وصلیمکه آرزومند زلف و خال توایم

رد مکن خشک جان من بپذیرکه برآورد خشک سال توایم

جای تو در دل شکستهٔ ماستکه تو ریحان و ما سفال توایم

از پی خدمت پدید آئیمکه تو عیدی و ما هلال توایم

به سلامیت درد سر ندهیمزان که ترسنده از ملال توایم

همه تن چشم و سوی تو نگرانکعبتین‌وار دستمال توایم

گفت خاقانی ارچه هیچ کسیمخاری از گلبن کمال توایم

Vəsfin dildən-dilə düşdü, aşiq olduq camalına,
Gül üzündən xəbər tutub, düşdü könül xəyalına.

Sən ciyəri yananları xam təsəvvür etmə, gözəl,
Yanmağa bizdə var həvəs, çatmaq üçün vüsalına.

Vüsalından məhrumuqsa, təəccüblü deyildir bu,
Hanı bizdə ləyaqət ki, məhrəm olaq camalına.

Qərq olmuşuq məhəbbətə, təşnəsiyik vüsalının,
Arzusudur qəlbimizin: çataq o xəttü xalına.

Rədd etmə, gəl, qəbul elə mənim bu quru canımı,
Sən qurudub aşiqləri, salıbsan bir ney halına.

Bizim qırıq könlümüzdə hazır durur yerin sənin,
Sən bir gülsən, biz güldanıq sənin o xoş nihalına.

Xidmət üçün hüzurunda dayanmışıq hər bir zaman,
Sən bir bayram axşamısan, biz oxşarıq hilalına.

Başağrısı olar, deyə, sənə salam vermirik biz,
Bais olmaq istəmirik bir an dərdü məlalına.

Vücudumuz başdan-başa olub göz-göz, baxır sənə,
Nərd zəritək oynat bizi, əhsən sənin cəlalına.

Bu Xaqani deyir: heçə dəyməsə də vücudumuz,
Bu bəsdir ki, bir tikanıq güllər açan kamalına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love