به زبان چرب جانا بنواز جان ما را
به زبان چرب جانا بنواز جان ما رابه سلام خشک خوش کن دل ناتوان ما را
ز میان برآر دستی مگر از میانجیِ توبه کران برد زمانه غم بیکران ما را
به دو چشم آهوی تو که به دولت تو گردونهمه عَبْدُهُ نویسد سگِ پاسبان ما را
ز پی عَماری تو چه روان کنیم مرکبچو رکیب تو روان شد چه محل روان ما را
به سرا و مجلس خود مَطَلب گرانی ماچو تو بر نشانِ کاری چه کنی نشان ما را
گلهٔ فراق گفتم که نه نیک رفت با مابه کرشمه مُهر برنه پس از این زبان ما را
به تو درگریخت خاقانی و جان فشاند بر تواگرش مزید خواهی بپذیر جان ما را
Bizi öz şirin dilinlə ələ al, əzizlə, canan!
Quru bir salamla bəxş et neçə xəstə qəlbə dərman.
Əl uzat bizə, zəmanə sənə bəlkə hörmət etsin,
Sonu olmayan cəfaya özü son qoya bu dövran.
Bizə mehriban olsan, qəsəm ahu gözlərinə,
Sevinər fələk, bir ittək qapımızda olsa dərban.
Canımız sənin kəcavən, dalıca qaçır bir attək,
Bizi tərk edib gedirsən, nə lüzumu var, qala can?
Oturanda, məclisində bizi özgədən soruşma!
Nə nişanə axtarırsan? Sən özün bizə nişansan!
Dilimiz xəta edibdir, onu qəmzən ilə bağla,
Gələcəkdə açmasın söz nə cəfa, nə ayrılıqdan!
Sənə Xaqani qısıldı, canını nisar qıldı,
Əgər istəsən yenə can, canımız canına qurban!
Kitabxana.az · https://kitabxana.az/en/works/xaqani-qezel-6
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Sərgəştə könlümün yenə min müddəası var,Qovğalı başımın nə bəlalı bəlası var.
Feraqı qismət edib çərxi-kəcmdar mənəFeraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Qəzəl: Təşnəyi-gülzari-dağı-laləzarəm, ah ahTəşnəyi-gülzari-dağı-laləzarəm, ah ah,Təxtəyi-məşqi-cünuni-nobaharəm, ah ah