Ey şux, həmişə olsan şad,Hər sərv misali ğəmdən azad.

Şəhla bola ol du çeşmi-nərgis,Rüx tazəvü tər çü bərgi-şümşad.

Bünyadi-cəmalın ola qaim,Qıldın bu xərab evimni abad.

Hörutdan ol be fitnə fəttan,Həm sehr ilə Samiridən ustad.

Görməyə cəhan içində nöqsan,Ol hüsni mələk, rüxü pərizad.

Hər dəm yaşım, ey Əzizi-Misri,Yanında axar çü şətti-Bağdad.

Çün sana Xətayi aşinadır,Olmuşsan ana nə mə’nidən yad?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets