El gözü tərəzi, el dili ustad,Onun tək düz görən göz ola bilməz.Hər kəsə ad verir işinə görə,Verdiyi qiymətə söz ola bilməz.O çox yaxşı seçir ağı qaradan,Gözünün nurudur yazan, yaradan.O kimi sevirsə yurdu, məskəniƏn böyük, ən təmiz ürəklər olur.Ləkəsiz aynada, təmiz ürəkdəTəmiz də arzular, diləklər olur.Çoxları qocalır, o ucuzlaşıbHər saç ağardana ağsaqqal demir.Lap qara dönsə də saçı-saqqalı,Avama, nadana ağsaqqal demir.Neçə imtahanda çəkir sınağa,Duyana, qanana ağsaqqal deyir.Böyük bir millətin, böyük bir elinOduna yanana ağsaqqal deyir.Vətənin eşqini, xalqın səsiniMüqəddəs sanana ağsaqqal deyir!

1972, 6 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland