Yapışır Haqqından, Yaradanından,Haqqı öyə-öyə böyüyür insan.Döyülə-döyülə qalxır, bərkiyir,Şəri döyə-döyə böyüyür insan.

Körpə ürəyində nə kin, nə acıq,Qəlbinin qapısı Allaha açıq.Aranda otaqdı, dağda alaçıq,“Yurd-yurd” deyə-deyə böyüyür insan.

Kədəri buludda, göz yaşı suda,Ümidi Yaradan, gümanı Xuda.Ağrı çəkə-çəkə, dərd uda-uda,Acı yeyə-yeyə böyüyür insan.

Tənə vurur nadan, daş vurur naşı,İçinə süzülür gözünün yaşı.Dəyir ürəyinə dərd addımbaşı,Dərdə dəyə-dəyə böyüyür insan.

Ayların, illərin ağrısı canda,Döyünür damarda, çırpınır qanda.Taxtı çevriləndə, baxtı yatanda,Bəxtə söyə-söyə böyüyür insan.

Seçir ağıllını, seçir dəlini,Ələkdən keçirir öz əməlini.Heç vaxt Allahından üzmür əlini,“Allah” deyə-deyə böyüyür insan.2005, 29 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love