Allahdan istədimöz kitabımı,Yox yerdən var olar,Allah istəsəlBir qəlbin telindəmin səs dillənər,Dünyaya car olar,Allah istəsəl

Nəqqaşı Tanrıdıbu naxışların,Yükü buluddadıgur yağışların.Barlı payızların,qarlı qışlarınSonu bahar olar,Allah istəsəl

Dar bir mağaradadil açar mələk,İnsana hökmünügöstərər fələk.Daşlar gül bitirər,qayalar çiçək,Qum üstə bar olar,Allah istəsəl

Milyonlar can atarbir haca doğru,Hac adlı bir eşqə,bir taca doğru.

Möminlər ucalarmeraca doğru,Kafirlər xar olar,Allah istəsəl

Zərrəni bir dünya,daşı zər eylər,Yerlərə, göylərəşad xəbər eylər,Yetim bir uşağıpeyğəmbər eylər,Yarsıza yar olar,Allah istəsəl

Elə bu əsərləvurar möhrünü,Zəlimxan var olar,Allah istəsəlYeri gülzar olar,Allah istəsə!

03.02.2009

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love