Baharla vidalaşdıq,payız gəlir qarşıdan,Ömrümün bağçasınadüşən xəzan sağ olsun.Dünya köç-köç olsa dasahmanı dəyişməyən,Tanrının yaratdığıqurğu, mizan sağ olsun.

Hər evdən qəbiristananəmli bir cığır gedər,Çox havalı gələnlərdünyadan fağır gedər.Giley çıxsa dilimdənAllaha ağır gedər,Qəbrimə zəhmət çəkən,qəbirqazan sağ olsun.

Ölən canımız olsun,təki cahan ölməsin,Bətnində can gəzdirənAzərbaycan ölməsin.Ruhlar didərgin düşübdin və iman ölməsin,Hər səhər göy üzünəqalxan əzan sağ olsun.

Sahibi mən deyiləmhaqqa verdiyim canın,Qarşısını kim kəsərdamardan çıxan qanın.

Bir ozanı ölsə dəsazlı-sözlü dünyanın,Məndən sonra mən deyənmin-min ozan sağ olsun.

Altmış illik ömrəaltmış dəfə şükür,Peyğəmbər yaşındakıuca şərəfə şükür.Məni haqq cərgəsinəqaytaran səfə şükür,Qanun verən, hökm edən,yazı yazan sağ olsun.

2011, mayAlmaniya, Hannover

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love