Allahın işinə qarışma
Qəlbinə toxunma, dünya dağılar,Ovutmaq çətindi küsən şairi.Hər kövrək misranın, hər sətrin üstə,Nanə yarpağı tək əsən şairi.
Haqqın, həqiqətin eşqinə çağır,Şirin görüşlərin köşkünə çağır,Ağır döyüşlərin məşqinə çağır,Sözü qılınc kimi kəsən şairi.
Onun bostanına hər atılan daş,Bir yıxılan evdi, bir kəsilən baş.Qarışma Allahın işinə, qardaş,Nə mən yaratmışam, nə sən şairi.
2006, avqust
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-allahin-isine-qarisma
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar,Duymaya tabi-təcəlliyə yenə Musa var
Ləbinin badə nə şeydir ki, səfasın versin?Ləbinin badə nə şeydir ki, səfasın versin?Üzünün gündə nə cürət ki, ziyasın versin!
Söz olub"Düşdüyümüz oyuna bax"*Kürsü qalır, oturanlar dəyişir,
Daş qəlbli insanları neylərdin, İlahi?!Daş qəlbli insanları neylərdin, ilahi?!Bizdə bu soyuq qanları neylərdin, ilahi?!