Könül bazarında qızıl xırdala,Ləl apar, ləl apar, ay Dəlidağlı.Bağrımın başını dəli sazınlaDəl apar, dəl apar, ay Dəlidağlı.

Gəl duraq döş-döşə, sinə-sinəyə,Qataq səsimizi dağa-binəyə.Qəlbimdə xəzinə var, o xəzinəyəƏl apar, əl apar, ay Dəlidağlı.

Deyiş meydanında dillər döyüşər,Dağın tufanında sellər döyüşər.Döyüş meydanında kəllər döyüşər,Kəl apar, kəl apar, ay Dəlidağlı.

Xəstənin dərdinə dərman vaxtıdı,Padşahın hökmünə fərman vaxtıdı.Sünbülü döyməyə xırman vaxtıdı,Vəl apar, vəl apar, ay Dəlidağlı.

Çiçək çəmənindi, arı şairin,Zəlimxan, eşqidi barı şairin.Yarı aşığındı, yarı şairin,Gəl apar, gəl apar, ay Dəlidağlı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring