Tanrıdı
Səni nə zamandı görmürəm deyən,Məni zərrə-zərə görən Tanrıdı.Göyərdən, bitirən, gözəlləşdirən,Şirin meyvə kimi dərən Tanrıdı.
Olmadım kimsənin haqqını danan,Haqdı içərimdən qalxan, boylanan.Gündüzlər Günəşdi gözümdə yanan,Gecələr yuxuma girən Tanrıdı.
Urvata mindirər sözü, kəlməni,Dərgaha qaldırar bir cüt əl məni.Bu yolu, yoxuşu, bu yüksəlməniYazan Zəlimxandı, verən Tanrıdı.
2006, iyul
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-tanridi
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gündə min dəfə şükür deyirəm,İlahi, min şükür yaratdığına.
Gizli görüşlərin aşkar sevinciGöz yaşı yanaqda parlayan inci,İşıq dalğalanır, nur cana sığmır.
Tapşır baxışlarınaTək onu axtarmışam mən bütün ömrüm boyu,Gözlərinə əmr eylə, gözlərimdən itməsin.
Gözlərimi özün qapaDedim gəl bir seyrə çıxaq,– Yox, gələ bilmərəm, – dedi.