Tapşır baxışlarına
Tək onu axtarmışam mən bütün ömrüm boyu,Gözlərinə əmr eylə, gözlərimdən itməsin.Hazıram sinəm üstə çiçəklər bitirməyə,O çiçək məni qoyub özgə yerdə bitməsin.
Bir əsim mehə dönüb saçını daraqlaram,Ruhuna sığal çəkib qəlbini varaqlaram.Tanrı sovqatı kimi gözüm üstə saxlaram,Səndən gələn nə varsa gəlsin, ancaq getməsin.
Mən elə düşünürdüm insafı var, rəhmi var,İnsan kimi dil bilir, düşüncəsi, fəhmi var.Nə amansız qəzəbi, nə allahsız zəhmi var,Tapşır baxışlarına, məni çox incitməsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-tapsir-baxislarina
Use ← → keys to move, R for a random poem
More by this author
Ağrıya-ağrıya şeir yazanda,Qələm də ağrıyır, varaq da, söz də.
Babam Füzulidən qalma bir neyəmYağ-böyrək içində tutmadım ömrü,İçimə od vurub yağ əritmişəm.
Yaxşıya güvənmiş aşıq sarıyamSəni axtarıram, səni gəzirəm,Sağa boylananda, sola dönəndə.
Öldü var, döndü yoxduDedim səni sevirəm,Öldü var, döndü yoxdu.
Poems by other poets · Divine love
دوشینه شبم بود شبیه یلداآن مونس غمگسار نآمد عمدا
Düzlər məsləkini izləyənlər dastanının davamıBu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
Qaçdıq qara saçdan ağ saça qədər...Şair qardaşım Məmməd Arazın 70 illiyinə*Ürək o Sahildə bu Sahildədir,
TövbənaməEy xuda sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eləyib ağlaram mən.