Yağ-böyrək içində tutmadım ömrü,İçimə od vurub yağ əritmişəm.Gözün ağı getdi, qarası qaldı,Ağa baxa-baxa ağ əritmişəm.

Gecələr şam kimi əritdim canı,Odum işıqlatdı ağaran danı.Öləndə hamının əriyir canı,Mən öz varlığımı sağ əritmişəm.

Sovrulmuş səhrayam, qovrulmuş göyəm,Tükənmiş qüvvətəm, üzülmüş heyəm.Babam Füzulidən qalmış bir neyəm,Ahımla nə qədər dağ əritmişəm.

2010, 13 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets