Eləmişdi
Çıxanda seyrinə doğma yurdumun,Dünya sevincini bol eyləmişdi.Çətin dolayları, dar cığırlarıÖnümdə ən geniş yol eyləmişdi.
Bu torpaq könlümə sirdaşdı, yardı,Fikrimi düzənlər çəkib apardı.Çəmənin çiçəkdən qaynağı vardı,Bulaqlar suyunu bal eyləmişdi.
Təkdi, əvəzsizdi dözümdə dağlar,Mayadı şeirimdə, sözümdə dağlar.Gözələ dönmüşdü gözümdə dağlar,Buludu başında şal eyləmişdi.
Zəmi bərəkəti, sünbüllər dadı,Ömrümə naxışdı hər gülün adı.Dinib danışmağa gücüm çatmadı,Gözəllik dilimi lal eyləmişdi.
Bülbülü ağladar gülün həsrəti,Mizrabı yandırar telin həsrəti.Bu görüş olmasa, elin həsrətiÇoxdan saçlarımı çal eyləmişdi.
Nədir bu gözəllik, nədir bu hikmət,Gözümə nur verdi, qoluma qüvvət.Şair övladını ana təbiət,Rüstəmə döndərib Zal eyləmişdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-elemisdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Getmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
آن نه نقشیست که در خاطر نقاش آیدفرخ آن چشم که بر طلعت زیباش آید
Hər kəs ki desə, dərdimi dildarə mənimçünHər kəs ki desə, dərdimi dildarə mənimçün,Guya ki, təbibimdir, edib çarə mənimçün.
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی