Bax gözlərin şöləsinə,Həyat versin şölə sənə.Kim vurulmaz beləsinə,Vurulmağa dəyər, könlüm.

Yaza dönər, qışın olsa,Belə tərlan quşun olsa,Yolunda bir qoşun olsa,Qırılmağa dəyər, könlüm.

Qurban eylə baş da, can da,Bu sevgini yaşat qanda,Boz-bulanıq sel olsa da,Durulmağa dəyər, könlüm.

Gözü bəsdi, bulaq gəzmə,Könlü bəsdi, ocaq gəzmə,Bu gözəldən uzaq gəzmə,Yar olmağa dəyər, könlüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love