Ətri də, rəngi də cana can verər,Şamama tağında gözəl görünər.Havalı qəlbimə həyəcan verər,Yarpaq budağında gözəl görünər.

İstilik alsa da dodaqdan, əldən,Nə səndə, nə məndə səadət tapar.Axar sevincindən göz yaşı dən-dən,Çiçəklər çəməndə səadət tapar.

Gözümə sarılıq gətirməzmi qəm,Yolun ortasına yarpaq düşübdü.Ürəyim titrəyir, elə bilirəm,Könül dəftərimdən varaq düşübdü.

1975, 30 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring