Burda
Gəldim Qarabağa bahar çağında,Öpdüm, əzizlədim torpağı burda.Hayana baxdımsa nəğməli gördüm,Hər otu, ağacı, yarpağı burda.
Hansı obasına düşdüsə yönüm,Çiçək sərgisiylə bəzəndi yönüm.Nənələr deyəndə “başına dönüm”,Alışdı ömrümün çırağı burda.
Səsini zamanın səsinə qatıb,Hər sözü ellərin qəlbinə yatıb.Vaqiflər yandırıb, Zakirlər çatıb,Sönərmi sənətin ocağı burda.
Könlü min arzuda, min həvəsdədi,Kimi zildən gedir, kimi pəsdədi.Şirin nəfəsdədi, qaynar səsdədi,Axtarmaq nə lazım bulağı burda.
Yüz dərdə dərmandı bir çiçək ətri,Duydum hər qarışda duz-çörək ətri.Ağsaqqal nəfəsi, ağbirçək ətri,Şairə döndərdi qonağı burda.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-burda
Use ← → keys to move, R for a random poem
More by this author
Qapını bağlaram dərdin üzünə,Könlümün nisgili, qəmi xoş gəlib.
Kərəm yalan oldu, mən gerçək oldumGəl gözüm işığı, gəl gözüm nuru,Dilim qabar oldu “göz” deyə-deyə.
Mən sənin qəlbinə necə yol tapımGəl mənim ömrümün şirin dünyası,Məhəbbət adlanan pirin dünyası,
Bir qız gözlərində Günəş doğurduDuyğular qəlbinə düşüb dən kimi,Sevgi çiçəkləri əkirdi bir qız.
Poems by other poets · Nature and spring
Qaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
QərənfilSəni kimdir sevən bica, qərənfil?Sənə mən aşiqi-şeyda, qərənfil!
Gəhi casusə üz tutdum, gəhi dildarə yalvardımGəhi casusə üz tutdum, gəhi dildarə yalvardım,Bulardan naümid oldum, dönüb əğyarə yalvardım.
Səndən küsmüşəmDağ mavi qartaldı, duman qanadı,Laləni köksümə sıxdım, qanadı.