Xoş gəlib
Qapını bağlaram dərdin üzünə,Könlümün nisgili, qəmi xoş gəlib.Saralmaq sünbülün yetişməsidi,Ömrümə saralmış zəmi xoş gəlib.
Sevinc birhəftəlik, biraylıq ola,Sevinmək sarıdan subaylıq ola.Bir göz yaşım ola, bir yaylıq ola,Silmərəm, gözümün nəmi xoş gəlib.
Mən üçün, yeddinin, qırxın yasıyam,Dünyadan gedənin könül pasıyam.Kədər ümmanıyam, qəm dəryasıyam,Qoynumda üzməyə gəmi xoş gəlib.
Tutqun baxışların dəni, Zəlimxan,Dəyirman dünyanın dəni, Zəlimxan,Küsmə, yer udanda səni, Zəlimxan,De, haqqın fürsəti, çəmi xoş gəlib.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-xos-gelib
Use ← → keys to move, R for a random poem
More by this author
Qaşlarına kim vurub bu paslanmış kilidi,Neçə açar salmışam, hamısı sındı getdi.
Sevgi yağışlarına tutacağam dünyanıTəpiklər tapdağında əzildi, əzdi dünya,Xilası, xilaskarı axtardı, gəzdi dünya.
İlahi, min şükür yaratdığınaBir gündə min dəfə şükür deyirəm,İlahi, min şükür yaratdığına.
Gizli görüşlərin aşkar sevinciGöz yaşı yanaqda parlayan inci,İşıq dalğalanır, nur cana sığmır.
Poems by other poets
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Sanma bihudə bənim, ey bivəfa, əqvalimiSanma bihudə bənim, ey bivəfa, əqvalimi!Bax, şu qula bilmək istərsən əgər əhvalimi!
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
یا من بعیونه یوازیحوراء رعت ربی الحجاز