Yetirməsiyəm
Bir ovuc torpağın, bir qurtum suyun,Bir əsim küləyin yetirməsiyəm.Bir əlçim buludun, bir udum mehin,Bir çaxım şimşəyin yetirməsiyəm.
Sevib baharımı, duyub yazımı,El özü kökləyib ötən sazımı.Tarla da, zəmi də çəkib nazımı,Sünbülün, çörəyin yetirməsiyəm.
Süzülüb könlümə nə qədər bulaq,Gözündən od verib hər yanan ocaq.Arzular qol açıb, qayğılar qucaq,Bir şirin diləyin yetirməsiyəm.
İstərəm günəştək alışam, yanam,Ömrü bu yanğıya bəxtəvər sanam.Ürəkdir Allahım, ürəkdir anam,Ürəyin, ürəyin yetirməsiyəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yetirmesiyem
Use ← → keys to move, R for a random poem
More by this author
Azərbaycan bir nəğmədir,Sözü mənim ürəyimdə.
Ana torpaqAna torpaq, açılanda baharın,Bürünürsən yaşıla sən, göyə sən.
DaşaltıUçqun gördüm, heyrətimdən uçundum,Məzar saydım uçurumu bu yerdə.
Üçtelli durnaSevimli şairimiz Osman Sarıvəlli öz sazını məşhur*İraq şairi Əbdüllətif Bəndəroğluna hədiyyə vermişdir*