Bol payızın əldən gedən vaxtıdı,Barlı bağlar başdan-başa xəzəldi.Torpaq elə həzinləşib, kövrəlib,Deyirsən ki, bayatıdı, qəzəldi.

Dəli yellər haray salıb əssə də,Qar qalanıb qapımızı kəssə də,Könül bəzən təbiətdən küssə də,Dünya yenə gözəldi ki, gözəldi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets