Şair dodağından çıxan sözə bax,Elə bil od olub qanından çıxır.Kəsəri Tanrıdan, ovxarı Haqdan,Qılıncdı, sıyrılıb qınından çıxır.

Fikrində dumanlar, başında çənlər,Gözündə şimşəklər, saçında dənlər.Ağrıdı, əzabdı şair deyənlər,Dərd olub, ah olub canından çıxır.

Tanrıdı hər işə, hər sirrə agah,Təzə bir ümiddi hər gələn sabah.Heç yerdə şairi tək qoymur Allah,Harda dara düşsə, yanından çıxır.

2005, iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love