Qürbətdə görüş
1991-ci ilin qış günləri idi. Dostlarım məni Qaza xıs -tanın Çu vilayətinə görüşlərə dəvət etmişdilər. XX əsrin30-50-ci illərində Azərbaycanın və Gürcüstanın müx -təlif yerlərindən sürgün olunan soydaşlarımız, əsasən,o yerlərdə məskən salmışdılar. Tale belə gə tirdi ki, sür -gündə olan əzizlərimizlə aradan 18 il keçəndən sonrayenidən görüşməli oldum. Bu dəfə Qırğızıstanın qəsəbəvə kəndlərində.Uşaqlıqdan böyüklərimdən ən çox eşitdiyim sözlər -dən biri də “sürgün” sözü olub. Çünki anamın atasıSərdaroğlu Qurbanı 1937-ci, atamın əmiləri İlyas vəƏziz babalarımı isə 1951-ci ildə Orta Asiyaya sürgüneləmişdilər. Sürgündə olanların yarası mənim üçündoğma və tanış yaradı. Şamil babam sürgünlə bağlınağıl qədər şirin, dastan qədər maraqlı söhbətlərlə qışgecələri mənim körpə xəyalımı o illərə aparar, mən dəuşaq ma rağı ilə sualı sual dalınca yağdırardım. Nə mənsual ver məkdən doyar, nə də babam cavab verməkdənyoru lardı.
Anam on yaş olub, babam gedəndə,Düz səksən ildi ki, anam ağlayır.Qərib də eşitdi, qürbət də duydu,Vətən də bildi ki, anam ağlayır.
Ağlayan tək mənim anam olmayıb,Hər kəsi dəhşətli bir gün ağladıb.
Vətəndə qalanı yollara baxmaq,Vətəndən gedəni sürgün ağladıb.
Sürgün – doğmaların ayrı düşməsi,Kökün budağından aralanması.Qumlu səhralarda ağır dərdlərinDəvə karvanıtək sıralanması.
Qara mürəkkəblə, qara qələmləİqbal kitabının qaralanması.Padşah fərmanıyla, cəllad əliyləMillətin əbədi yaralanması.
Eşitdilər ki, Azərbaycandan gələn var. İllərlə Vətənhəsrəti ilə qıvrıla-qıvrıla ömür sürən insanlar görüşə canatırdılar: Vətəndən gələnin səsini eşitməyə, həniriniduy mağa, nəfəsini ciyərlərinə çəkməyə. Ən azı Vətəninbir parçası kimi məni görmək istəyirdilər. Bu görüşqəmin-həsrətin, ağrı-acıların, göz yaşlarının, hıçqırtı la -rın, tükənmək bilməyən arzuların, xəyalların görüşü idi.Hər gələnlə əl verib görüşürdük. Hər görüşən neçənciildə, haradan sürgün olunduğunu deyir, özünü təqdimedirdi. Gələnlərin içində gözüm bir nəfərə sataşdı. Ucaboylu, ağbəniz, ötkəm yerişli bu adam mənə çox şəstləyanaşdı. Əllərimi möhkəm sıxıb məni bağrına basdı: –Biz Qaryagin (əsl adı Bayat – indiki Füzuli) rayonundansürgün olunmuşuq, əzizim. Kərimbəyli kəndindən.Kərim bəy mənim doğma babamdı. Bəy nəsli olduğu -muz üçün bizi nəsilliklə sürgün etdilər. Yollarda atam,qardaş və bacılarım aclığa, məşəqqətə dözə bilməyib,hamısı ölüb, cənazələri qurd-quşa yem olub. Təkcəanam sağ qalıb. Qatar bura çatmağa bir həftə qalmışmən anadan olmuşam. Anam adımı Sürgün qoyub. Mənqürbətdə dünyaya göz açmışam. Qürbətdə qərib kimidoğulmuşam.
Talesiz talelər qalmışdı darda,İnsafdan aralı, mürvətdən uzaq.Səhralar qoynunda gedən qatardaDünya dərd doğurdu, analar uşaq.
Oğrular, əyrilər keşik çəkirdiHəqiqətlər üstə, doğrular üstə.Torpağın üstüylə getmirdi qatar,Yeriyib gedirdi ağrılar üstə.
Harda səhra varsa, orda ilan var,Harda ilan varsa, orda çalan var.Harda alçaldanı varsa dünyanın,Orda bir məhv olan, bir alçalan var.
Təhqirlər eşitdik, tənələr yedik,Anam xan nəvəsi, atam bəy oğlu.Kimə ki, “ellərin atası” dedik,Çıxdı sonumuza bu köpəyoğlu.
Dərdini fil elə, özünü milçək,İnsanı xırdala, əz böcək kimi.Milləti top kimi oynat yerindən,Çax ildırım kimi, yax şimşək kimi.Bağla qapısını, qır ümidini,Xalqı evdən elə, eşikdən elə.Südəmər körpəni ayır döşündən,Bələkdən ayrı sal, beşikdən elə.Çırağını söndür, işığını kəs,Yerini daş elə, yurdunu məhbəs,Səsində ötkəmdi – cəzası sürgün!Sözündə möhkəmdi – cəzası sürgün!Varı-dövləti var – cəzası sürgün!Şanı-şöhrəti var – cəzası sürgün!
Evi qonaqlıdı – cəzası sürgün!Başı papaqlıdı – cəzası sürgün!Buydu mənzərəsi o sərt illərin –Mərdi qova-qova namərd eləyənNamərd adamların, namərd illərin...
Qocanı, körpəni almırdı vecə,Gecə döyülürdü qapılar, gecə.Qara əllər ilə qara əməllərGecənin nurunu itirirdilər,Qara xəbərləri, bəd xəbərləriHara lazımdısa yetirirdilər.Qoyun sürüsüydü insan elə bil,Hayana desələr aparırdılar,Nə vaxt istəsələr başı bədəndən,Dili dilçəyindən qoparırdılar.Həqiqət paltarı geydirib şərə,Ən böyük səhvlərə səhv demirdilər.Bir nəsil batsa da köklü-köməşli,Birinə ah çəkib, öf demirdilər.İnsan üyüdürdü dən əvəzinə,Dəyirman kimiydi dəmir yolları.Hər gün yem olurdu buza, şaxtaya,Hər gün pay olurdu daşa, taxtaya,Ölümlə bitirdi ömür yolları.
Dünyanın ən böyük bir qatiliyləBu dünya üz-üzə, göz-gözə idi.Mənim kimilərin doğulmağı yox,Salamat qalmağı möcüzə idi.
Anası ölənlər ana gəzirdi,Ata itirənlər ata gəzirdi.Hər addım başında ölüm axtarır,Hər yerdə insanı xata gəzirdi.
Beş gün ayrılanda öz ocağındanDarıxır, təntiyir, gəzəmmir adam.Həyət-bacasından, daş-torpağındanUzağa düşəndə dözəmmir adam.Yetmiş il qürbətə dözmək olarmı?Yetmiş il Vətənsiz gəzmək olarmı?Ayrılıq sahilsiz dənizə bənzər,Bu qədər qol atıb üzmək olarmı?Balıqlar içində xırda balıqsan,Böyük balıqlara yem olacaqsan.Vətəndə böyüyüb Vətən olarsan,Qürbətdə böyüyüb kim olacaqsan?Suallar ağrılı, cavablar çətin,Gəl tap cavabını bu məşəqqətin.Qürbətdə doğulan, zillətdə ölən,Həsrətlə qocalıb, qarıyanım vay.Yara sağalmırsa həkim neyləsin,Sağalmaz yaranı sarıyanım vay.Bizə qara günü bol verdi Allah,Ağ gündən bir azca pay saxlamadı.Nə vaxt əl vurursan tökülür qanı,Heç zaman yaramız qaysaqlamadı.Bir deyil, beş deyil, on deyil yara,Köhnə sağalmamış təzəsi gəlir.Elə bil içərdə duz dağımız var,Kirpiyə duz dolur, gözə su gəlir.Oğul istəyirəm bir əsər yaza,Qoya adını da “Yara tarixi”.Bircə günümüzü ağardammadıBu qara dövranın qara tarixi.Toyda da, yasda da yandırır biziKöhnə dəmir kimi qızan yaralar.Kəsmir ağrısını, sızıltısınıQanı damla-damla sızan yaralar.
Dəli küləklərin yeminə dönüb,Qum kimi çöllərə səpələnmişik.Qanlı sinəmizdən güllələr keçib,Sökülüb, tökülüb qəlpələnmişik.Bizi birləşdirin, bütövləşdirin,Biz ki, parasıyıq Azərbaycanın.Bir Vətən məlhəmi sağalda bilər,Duzlu yarasıyıq Azərbaycanın.Gözüm uzaqdadı, əlim çənəmdə,Ağrılar içində inləyən mənəm.Bir dərd dastanıdı – hey varaqlanır,Danışan Sürgündü, dinləyən mənəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qurbetde-gorus
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Düşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
AğlasınBir dostun ölümü münasibətiləİnsanlara, sədaqətə inanan,
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Mən fəxr edirəmMən fəxr edirəm –Azərbaycan anaları ilə.