Bir kövrək havadı sazımda Kərkük
Türkiyə qətiyyət göstərməsə, bizi də itirər,Türk dünyasını da, özünü də.Güneyt Avcı,İraq TürkmənFederasiyasının başqanı.
Mən ahda, sən amanda,Halın necədi, Kərkük?Köhlən atın büdrədi,Halın necədi, Kərkük?
Atılanlar atılmış,Satılanlar satılmış,Ağı-zəhər qatılmışBalın necədi, Kərkük?
Əl verdin, əl kəsdilər,Yeridin, yol kəsdilər,Danışdın, dil kəsdilər,Lalın necədi, Kərkük?
Yamac yandı, yal yandı,Dilli susdu, lal yandı.Çay qurudu, sal yandı,Salın necədi, Kərkük?
Şər uc-uca calandı,Xəzinələr talandı.Dəymişin tapdalandı,Kalın necədi, Kərkük?
Sənə dil uzadanınDilinə dil verdilər.Sənə əl uzadanınƏlinə bel verdilər.
Bu gün nalə çəkən yox,Nərə çəkən gərəkdi.Haqqı göydən endirib,Yerə çəkən gərəkdi.
Çəkilməz ağrılarım,Daşınmaz yüküm haray!Budanan budaqlarım,Doğranan köküm haray!
Bu dərd məni oyandı,Yaman günə qoyandı.Yenə biz-biz dayandı,Başımda tüküm, haray!
Dön kəsərli qılınca,Başı qoyma balınca.Qarabağın dalıncaGedən Kərküküm haray!
Tüstüylə, dumanla doldu göyləri,Bilmədi nə acı, nə şirin oldu.Nə yaman çeynədi oğuz bəyləri,İşi iş olmadı, qan-irin oldu.
Hanı muraz alıb, muraz verənlər,Zay oldu sevgilər, butalar, lələ.Əlləri qoynunda analar qalıb,Dirsəyi dizində atalar, lələ.
Məhvə gedənlərin sırasındadı,Bağrımın sağalmaz yarasındadı,Gör neçə düşmənin arasındadı,O çapar, dağıdar, bu talar, lələ.
Qürbət qəm gətirən qəmxanə sözdü,Vətən işıq sözdü, pərvanə sözdü.İran da, İraq da əfsanə sözdü,Türkün başındadı xatalar, lələ.
Düşmən bircə addım çəkilmirgeri,Günbəgün, aybaay aşırhəddini.Dağıdın torpağı, qazdırınyeri,Məzardan qaldırınSəlahəddini.Hanı babaların qüdrəti, hanı,Ucalsın nərələr, kişnəsin atlar.Yenidən bürüsün düzü-dünyanı“Türk” deyə çırpınan qollar,qanadlar.Timsahlar tamahı, iştahlarağzı,Nə qədər yesə də,yeyilməzdi Türk.Ağrısı nə qədər ağırolsa da,Ağrı dağı kimiəyilməzdi Türk.Çox başsız başları önündəəydi,Başı buludların taxtınadəydi.
Çürük ağızlardaçeynənməsəydiBəlkə də bu qədəryeyilməzdi Türk.Nurunu gün kimidünyaya yaydı,Dünyanı ovcununiçində saydı.Tanrıyla könüldəndost olmasaydıTarixdə bu qədəröyülməzdi Türk.
Fatehin qılıncı pas atdı qında,Cavabı verilmir bu boyda qəsdin.İslam qan gölündə, qan dəryasında,Burnu da qanamır bir xaçpərəstin.
Yeri narahatdı Ərtoğrul bəyin,Yavuz vüqarının sınan əsridi.Tərsinə işləyir çərxi fələyin,Ruhların od tutub yanan əsridi.
Deyəsən, bu əsr Türk əsri deyil,Türkün qan əsridi, qırğın əsridi.Bütün düşmənlərin, qaniçənlərinTürkün torpağına vurğun əsridi.
Zaman işimizi döndərdi tərsə,Yağılar içində yarıyan olmur.Vətəni qürbətə döndərdilərsə,Ölsən də, yaranı sarıyan olmur.
Bir kövrək havadı sazımda Kərkük,Dönüb kövrəkdən də kövrək olubdu.
Nə əlim yetişir, nə ünüm çatır,Yarası qan verən ürək olubdu.
Yaxın ola-ola uzaqdan uzaq,Vətən ola-ola qürbət olubdu.Evinin içində talesiz qonaq,Ömrü də, günü də həsrət olubdu.
Dillənən mizrabdı, simdi, bilmirəm,Onu dilləndirən kimdi, bilmirəm,Haqdan işarədi, himdi, bilmirəm,Kövrək bir havadı sazımda Kərkük.
Gah gözdə nisgilə, ələmə dönür,Gah yara üstündə məlhəmə dönür,Qəmə dastan yazan qələmə dönür,Kövrək bir havadı sazımda Kərkük.
Bağımda gül kimi bitirəmmirəm,Qaçıram, hayına yetirəmmirəm,Sevincin kökünə gətirəmmirəm,Kövrək bir havadı sazımda Kərkük.
Sorağı Dəclədən, Fəratdan gəlir,Külüngün səsidi, Fərhaddan gəlir,Dərdli bir anadı, fəryaddan gəlir,Kövrək bir havadı sazımda Kərkük.
Ahı dağa qalıb, dumana qalıb,Səsi neyə qalıb, kamana qalıb,Üzünün gülməyi gümana qalıb,Kövrək bir havadı sazımda Kərkük.
Üzünə gülmədi bir qaya, bir daş,Qəribə həmdəmdi, qürbətə sirdaş.
Atamdı, anamdı, babamdı, qardaş,Kövrək bir havadı sazımda Kərkük.
Zəhərli bir aşı var, bəlalı başı,Qurumur, bəslənmir gözümün yaşı.Qoca Borçalının tale qardaşı,Kövrək bir havadı sazımda Kərkük.
Hardasan Türk oğlu, harda yatmısan,Dövlətlər quranda baban yatmadı.Hər günü bir tarix, bir şanlı dastan,Türk hansı iqlimdə at oynatmadı?
Keçmişə güvənmək bir təsəllidi,Yapışma tarixin daş yaxasından.Türk oğlu, düşmənin bizə bəllidi,Qurtar Kərkükümü dərdin yasından.
Nə yasına çatdıq, nə də toyuna,Səni aparırlar qırğına, qana.Astaca-astaca salıb oyuna,Səni də udacaq bu qumarxana!
Gecə nigaransan, gündüz narahat,Sənin də qanına susayır həyat.Ağlayır Füzuli, ağlayır Bayat,Övladı bağrına basmasa ana –Səni də udacaq bu qumarxana!
Qapılar dalında çürüdəcəklər,Ağlada-ağlada kiridəcəklər,Yandıra-yandıra əridəcəklər,Dar gündə üzünü döndərib yana –Səni də udacaq bu qumarxana!
Mən də sizin kimi yaslı-yaralı,Mən də sizin kimi yurddan aralı,Vətəni qürbətə dönənlərdənəm,Od gözümdən çıxır, tüstü başımdan.
Alışa-alışa sönənlərdənəm,Kərkük nə deməkdi, Bayat nə demək,Tərsinə işləyən saat nə demək –Onu Borçalıda doğulan bilər.Hər gün yavaş-yavaş solan, sozalan,Göz yaşı içində boğulan bilər.Mən yaxşı bilirəm, can yandıran dərd,Yanaqdan süzülən yaş nə deməkdir.Günahsız, şahidsiz və məhkəməsiz,Bədəndən üzülən baş nə deməkdir.Hər dərd bir qaladı, durub yan-yana,Çiynimdə gəzdirirəm qalalarını.Hər dərd bir Kərbala müsibətidi,Qəlbimdə çəkirəm bəlalarını.Qırılan, incələn, sınan görürəm,Vətənin günahsız balalarını.Ağrılar milləti yığacaq cana –Əlli tərpənməsən, möhkəm durmasan,Səni də udacaq bu qumarxana!
Kökündən ayrılan budaq kimisən,Budaqdan üzülən yarpaq kimisən,Davası-savaşı kəsmək bilməyən,Üstündə qan düşən torpaq kimisən.Döndü qonaqların ev sahibinə,İndi öz evində qonaq kimisən.Qisməti atəşə, oda verilən,İblis fitnəsiylə, şeytan şəriyləDoğmadan ayrılıb yada verilən,Atasız, anasız uşaq kimisən.
Dəryada gəmitək batıracaqlar,Səhrada qum kimi qovuracaqlar,Sən sahib olmasan od-ocağına,Külünü göylərə sovuracaqlar.
Dünyanın hər dərdi tanışdır bizə,Alçağı, namərdi tanışdır bizə,Əsirlik, əsarət tanışdır bizə,Xəbislik, xəyanət tanışdır bizə.Dərd harda başlanıb, harda bitəcək,Sonu da, ilki də tanışdır bizə.Pələngi pişiyə döydürür zaman,Çaqqal da, tülkü də tanışdır bizə.Türkün talan olmuş yurd-yuvası da,Dağılan mülkü də tanışdır bizə.
Görmüşük gözləri çıxan qardaşı,Hökmü, ixtiyarı yadlar əlində.Bu taydan o taya əli çatmayan,O taydan bu taya baxan qardaşı.Yarası qan verən Kərküküm mənim,Köməyə çağıra bilmirsən bu günNə Sultan qardaşı, nə xan qardaşı.Arxasız olmağın dərdi böyükdür,“Ay arxam, ay arxam!” – deyib ağlaram.Dərd dərdə, qəm qəmə, yaş yaşa yükdü,“Vay arxam, vay arxam!” – deyib ağlaram.Sənin dördmisralıq bir xoyratınıHər səhər, hər axşam deyib ağlaram.
Necə dağlar,Qarşıda necə dağlar.Yetim yanağı bilir,Yaş gözü necə dağlar.
Yox, sənin xeyrinə işləmir zaman,Tərsinə qurublar saatı, Kərkük.Sənin müşkülünü düzəldən deyil,Nə xoryat, nə də ki bayatı, Kərkük.
Taleyi sınaqda, işi dardasan,Hər gün çəkdiyimiz ahü zardasan,Dünən harda idin, bu gün hardasan,Bilmək çətin olur həyatı, Kərkük.
Qarnı ac olanlar, doyar, dincələr,Doydurmaq çətindi gözü acları.Sənin ölümünə hazırlıq görür,Edam kötükləri, dar ağacları.Ətək də doludu, əl də doludu,Başına yağmağa daşlar müntəzir.Qılınclar ağzına zəhər veriblər,Başını kəsməyə başlar müntəzir.Dil necə danışsın, göz necə görsün,Bir başsan, bədəndən ayrı düşmüsən.Sənə qürbət kimi baxırıq bu gün,Vətənsən, Vətəndən ayrı düşmüsən.Hər gün unudulur, qeybə çəkilir,Kişi oyunları, mərd oyunları.İndi başqa cürə oynanır, lələ,Şahmat oyunları, nərd oyunları.Usta hazırlanıb, asta qurulub,Quzu oyunları, qurd oyunları.Nə türkün, nə kürdün günahı yoxdu,“Ağ ev”dən başlanır, “Ağ ev”dən gəlirBu Türk oyunları, kürd oyunları.Türkün başındadı, Türkün başında,Ərəb oyunları, fars oyunları.Tərs oğlu tərslərin meydanı geniş,Gətirir başına tərs oyunları.
Hər gün sənin taleyini düşünürəm,Ağır gündə üstünü od alan Kərkük.Öndə qatil, solda düşmən, sağda yağı,Yurd-yuvası, el-obası talan Kərkük.
Dərdlərini zirvələrə tən bilirəm,Əzabını saçlarıma dən bilirəm.Borçalıyam, nə çəkirəm mən bilirəm,Borçalıtək könül varı talan Kərkük.Beş yüz ildi Boyat səndə,Nəsim səndə,Məndən qopan ruhum səndə,səsim səndə.Gəl qovuşaq, qurbanımıkəsim səndə,Bəd xəbərlər yalan olsun,yalan, Kərkük.
Əvvəlkitək vuran əlimyoxdu hələ,Qılınc çəkib, coşan dəlimyoxdu hələ,Fateh yoxdu, Sultan Səlimyoxdu hələ,Gözlə görək, gözü yoldaqalan Kərkük.
Harda zor var, orda xəbisbarmağı var,Harda səs var, orda iblisbarmağı var.Taleyində bir ingilisbarmağı var,Qızıl ilan qismətiniçalan Kərkük.
Qarabağ da Ərbil, Mosultalelidi,Ruhu girov, özü yoxsultalelidi.Əzilənin taleyi qultaleyidi,Yıxdı səni filan oğlu,filan, Kərkük.
Dönə-dönə sındırıblarinadını,Uça bilmir, tale qırıbqanadını.Məkkə bilib öz adını,soyadını,Namazını Türkə sarıqılan Kərkük.Cəllad deyək, yağı deyəkbəxtimizə,Ömrün qara çağı deyəkbəxtimizə,Layla çalaq, ağı deyəkbəxtimizə,Sən anam ol, mən də səninbalan, Kərkük.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bir-kovrek-havadi-sazimda-kerkuk
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-gözBir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.