Bağ desən, gül açaram,Dağ desən, aran mənəm.Gözəllər Fərhadıyam,Qayalar yaran mənəm.

Eşqi başa tac bilib,Hər dərdə əlac bilib,Sevgini merac bilib,Göylərə varan mənəm.

Yarıb şaxtanı, qarı,Yıxıb bəndi, hasarı,Səni Tanrıya sarı,Alıb aparan mənəm.

2004, sentyabrCenevrə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love