Ölləm
Aran da, yaylaq da doğmadır mənə,Qəlbimi dağlara verməsəm, ölləm.Yazda çiyələyi, yayda yarpızı,Payızda moruğu dərməsəm, ölləm.
Hər kimin qar düşsə yayda yadına,Vüqarlı zirvələr çatar dadına.Bizim o dağların ölməz adına,Şeirdən bir çələng hörməsəm, ölləm.
Könül oylağından qalsa uzaqda,Donar nəğmələrim dildə, dodaqda,Lökün dərəsində, Ballı bulaqda,Vaxtında bir süfrə sərməsəm, ölləm.
Barmağı pərdədə, mizrabı teldə,Turacı meşədə, sonası göldə,Kəkliyi qayada, ceyranı çöldə,Qartalı zirvədə görməsəm, ölləm.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ollem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Sən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
Göydə uçan o boz quşlarGöydə uçan o boz quşlarTelin qədrini nə bilər?!