Zirvədən-zirvəyə atını çapanCilovsuz küləklər muraz üstədi.Haraylı qayalar, havalı dağlar,Ətirli çiçəklər muraz üstədi.

Gözəllər Günəşin əlini sıxdı,Gülüşün sədası göylərə çıxdı.Bulud kişnərtisiz yaman darıxdı,Havada şimşəklər muraz üstədi.

Yazın sevgi çağı, oğlan vaxtıdır,Çəmən təbiətin yaşıl taxtıdır.Açılan lalə yox, insan baxtıdır,Döyünən ürəklər muraz üstədi.

1976, 2 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring