Gərək sərhəd gözləsinBir dövlətin adındandanışanda elçilər.Ədəb-ərkan naminəÖlçüb-biçilməlidirçərçivələr, ölçülər.Hər yerdə hər bir zamanelçiyə hörmət olub.Hörmət bəzən çevrilibböyük məhəbbət olub,bəzən də nifrət olub.Elçi kimdi, nəçidi,Baxıb qiymət veriblərElminə, ədəbinə,sözünə, mətləbinə.Nizamiyə fars dedin,Şəhriyara fars dedin.Mənə öz millətimintarixindən “dərs” dedin.Doğrunu tərsə yozdun,dediyini tərs dedin.Süleyman Ağa Əfşar!Maşallah göz dəyməsin,nə böyük istedadın var.Bu boyda qəbahətidilinə gətirəndə,Sənin türk olmağınaşübhə yarandı məndə.

Heyif sənin adına,Sən bu adı almısanDəsti-qıpçaq sahibibir tayfanın adından.Bəlkə yoxdu xəbərinÖz əslindən, soyundan,qolundan, qanadından.Əfşar qürur mənbəyim,İşıq və nur mənbəyim.Ən böyük günahındı,öz kökünü danmağın.Ən böyük qüsurunduFarsların üfürdüyüyalana inanmağın.

Sən bu fikrə gələndəözün-özünü dandın.Düşdün burulğanlara,suyun gözünü dandın.

Sən bu fikrə gələndəBaş sənin başın deyil,özgələrin başıydı.Fikrin, hissin, xəyalınşeytanla yoldaşıydı.Sənin çəkdiyin nəfəsyadların nəfəsiydi,Səs sənin səsin deyil,özgələrin səsiydi.Sən bu fikrə gələndəHəqiqətin yolundaDara çəkilənləriasdın ikinci dəfə.Babəkin qollarınıkəsdin ikinci dəfə.

Mənim yaramın köküdərindədi, dərində,Sən bu sözü deməkləTikanlı məftil oldunsərhəd dirəklərində.Elçisən bir dövlətə,səfirsən səfarətə,Sənə kim izin veribTürk ruhunu qarətə.Mənim qan qardaşlarımÖz yurdunda qəribdi,öz torpağında əsir.Düz iki yüz ildi ki,Farsın qanlı qılıncıTürkün başını kəsir.

“Mən sənin dilinə dəymirəm, cəllad,Gəl mənim bu ana dilimə dəymə.Sənin də bağın var, bağçan var, çəkil,Bağımda açılan gülümə dəymə”.

Bu alovlu misralaryəqin sizə tanışdır,Bu farsa qahmar çıxan,Əgər hünərin çatırBu dərdi çəkənləribir-bir dindir, danışdır.Bu şeiri mən yazmadım,Əlli il məndən əvvəlSüleyman Rüstəm yazıb.Bağrındakı qan seli,qəlbindəki qəm yazıb.Tarix çox aparacaqbu sualı, sorğunu,“Yandırılan kitablar”Yandırdı, buğum-buğumböyük Səməd Vurğunu.Bu ağrılarla yazdıBəxtiyar “Gülüstan”ı.Çalxaladı Arazı,titrətdi ürəkləriXalqımın ən tufanlı,ən yaralı dastanı!Düz iki yüz ildi ki,İran adlı ölkədəTürkün bağlıdı bəxti.Nəyi düz danışmadıMötəbər bir kürsüdənCavad ağa Dirəxti?!Ağacın da dili var,yarpağın da, daşın da,Balığın da dili var,böcəyin də, quşun da.Mənim dilim hanı bəs?Nə qədər qalmalıdırdəmir zindan, daş qəfəs?Farsın tərs qanunlarıQandaldı ayağımda,qıfıldı dodağımda,Pərdədi gözlərimdə,pambıqdı qulağımda.Dünyanın harasındaotuz uşaq olandaona məktəb açırlar.Elm öyrədir, dil verir,min bir mətləb açırlar.Bu gün İranda sayıotuz milyona çatmış,Tarixin yaddaşındamöcüzələr yaratmış,Bir xalqın, bir millətinBircə doğma məktəbi,ana dili yoxdusa,Öz dənizi, dalğası,öz sahili yoxdusa,Öz nəfəsi, öz ruhu,öz kitabı yoxdusa,Ruhunun fırtınası,inqilabı yoxdusa,Demək, heç nəyi yoxdur,Həqiqəti talanıb,demək gerçəyi yoxdur.Süleyman ağa Əfşar!Fikrimin bir mətləbi,sözümün bir canı var.Sədiyə hörmətim var,Hafizə məhəbbətim,Xəyyama rəğbətim var,Firdovsiyə diqqətim.Mənim davam, tələbimFars adlı xalq ilə yox,şovinist ruhlarladır.Türk dilinə susayanqaragüruhlarladır.Qayıdıram tarixinqan-qadalı, gününə,Qanına qəltan olmuşŞəhid Səttarxan gəlir,Mərd Xiyabani gəlir,Tağı Ərani gəlirgözlərimin önünə.Mənim sərt mübarizəmÖlməz oğullarımıdiri-diri basdıran,Firudin İbrahimiboğazından asdıran,Alçaq, rəzil, amansız,kəmfürsət düşmənlədir.Bu müqəddəs savaşdaMən haqqı çağırıram,haqqın gücü mənlədir.Mən də diqqət umuramSaçından dırnağınaTürk övladı Türk olan,“Xəmsə”si başdan-başayeri-göyü dərk olan,İlk sətirdən son sözəsevgi olan, ərk olanNizaminin ruhuna,adına, soyadına.Heç vaxt gərək getməsinHaqq nahaqqın badına.Fars olsaydı Nizami,Gəncənin bağrında yox,Tehranda, Xorasanda,Məşhəddə uyuyardı.Bu müqəddəs türbəninbizdə nə yeri vardı.Fars olsaydı Nizami,Fars ona deyərdimi“Türk dili yaraşmaz şah nəslimizə,Türk dili əskiklik gətirir bizə”.Fars olsaydı Nizami,Qəzəblə deyərdimi“Qulluq halqasına düşdü qulağım,Qan vurdu beynimə, əsdi dodağım”.Fars olsaydı Nizami,Bərdəyə tərif deməz,Başqa bir məmləkətinhavasıyla coşardı.

Bəlkə, Bərdəyə deyil,Şiraza söz qoşardı.Mən də diqqət umuramŞəhriyarın ruhuna,Şəhriyarın şeirinə.Əgər varsa həvəsinO solmaz gülüstanıngəl bir çıxaq seyrinə.Cənab səfir, sən mənəbir fars şairi göstər,“Heydər baba” adındabir möcüzə yaratsınAzərbaycan dilində,könül və can dilində.Dinsin Allah dilində,yazsın insan dilində.Farsın dilində yazanAzərbaycan şairinə qədər istəsən var.Azərbaycan dilindəfarsın bircə şairiçox çətin ki tapılar.Cənab, möhtərəm səfir!Qədim fars tarixiniöz əlinlə varaqla.Səkkizinci əsrdəBir az əlini saxla.Eynəyi gözünə tax,O dövrə bir yaxşı bax!Səkkizinci əsrdənon ikinci əsrədəkƏrəb dilində yazdıBütün fars şairləri,Bütün fars alimləri,kimləri və kimləri...

Yalan donu geydirək,yalandan bir don geyək,Gəl onda onlara daərəb şairi deyək,Gəl onda onlara daərəb alimi deyək.Dünyanın heç yerindəbelə qanun, qayda yox,Yalandan, yalançıdanheç bir kəsə fayda yox.Füzuliyə, Sabirə,Vurğuna bağlı olan,Dünyaca adı-sanı,dəryaca ağlı olan,Süleymana, Rahimə,Bəxtiyara can deyən,Söhraba, Kürçaylıya,Nərimana, Qabilə,Nəbiyə, Mədinəyəcanını qurban deyən,Ömrü boyu Bakıya, –bu taya həsrət qalan,Canında həsrət adlızülüm, məşəqqət qalan,Qardaş adı gələndəqan-yaş töküb ağlayan,Həsrət şeirlərindəngül dəstəsi bağlayan,Azərbaycan şairiŞəhriyardı, Şəhriyar.Bilir bunu hər ölkə,bilir bunu hər diyar.Bu həmin Şəhriyardı,Nəsimi bayramınadəvət etmişdik onu,Acı göz yaşlarıylabitdi dəvətin sonu.Guya ki, çaşbaş düşübyolda dəvətnaməsi,Əl boyda bir kağızıElə batırdınız ki,hələ də çıxmır səsi.Həsrətli bir şairingözü yollarda qaldı.Çəkdik ürəyimizdəbu dərdi, bu ələmi,Baş tutmayan görüşəBir qəm dastanı yazdıMəmməd Araz qələmi.“Baxışlar asıldı təyyarələrdən,Ümidlər yollara sərili qaldı.Bu ağır xəbərdən, bu nəs xəbərdənGüllər güllüklərdə dərili qaldı.Şəhriyar getmədi”.Zəhmət çək, cənab səfir!Oxu Məmməd Arazınqəmli sətirlərini.Bəlkə başa düşəsənÇəkdiyimiz dərdlərinYaralı qollarını,ağrılı sirlərini.Həsrətin yaratdığıqar-boranlı qışa bax.Şəhriyar dilindəkiDünya boyda həsrətə,dərdə, yalvarışa bax.“Qardaşların gözündən öp,Bəxtiyarın üzündən öp,Səmədin də sözündən öp.

Mən də təkəm, sizə qurban,Tək canım hamınıza qurban”.Möhtərəm, cənab səfir!Başqa misal çəkməyinyeri, mənası varmı?

Başını əzsələr də,Qolunu kəssələr də,Bu istəkdə, bu dadda,Bu sığalda, bu addaFars türkə yalvararmı?!!!Necə duya bilərsənSən qərib Dirəxtini.Göy əskiyə bükmüsüzXalqının, millətinintaleyini, bəxtini.Kimdi haqsız dünyadanöz haqqını istəyən –Mənim doğma qardaşım.Onun müsibətlərigözlərdən axan yaşım.Ömrü boyu əlləriVətənindən üzülən,Təbriz, Təbriz deyəndəQəlbinin axan qanıyanağına süzülən,Vətən adı gələndəyanıb-yanıb qovrulan,Ah çəkib, of deyəndəkülü göyə sovrulan,Qürbət eldə arxasız,elsiz, obasız qərib,Qəriblərdən Vətən də,Allah da üz döndərib.

Dirəxtilər bir deyil,beş deyil, on beş deyil,Ortalıqda qalan mal,çöldə qalan leş deyil.Daş deyil, qaya deyil,o da insandır axı.Onu da ana doğub,o da bir candır axı.Könlü, gözü sevinmək,qəlbi şadlıq istəyir.Paralanmış, bölünmüşYurduna, VətəninəBir bütövlük istəyir,bir azadlıq istəyir.Əlli ildə bir dəfəMötəbər bir kürsüyəəli çatıbsa əgər,Haqqını tələb etməkona yasaqdır məgər?!Evi talanan bilərev nədir, eşik nədir,Körpəsi ölən bilərkörpəsiz beşik nədir?Çöllərə düşən biləryaxın nə, uzaq nədir,Ocağı keçən bilərşaxta nə, sazaq nədir?O, səndən nə istəyir,azad dil, azad Vətən.Sən ona nə verirsən –yağlı şallaq, buz bədən.O, səndən nə istəyir –Bəzz qalasına yürüş,Sən ona nə verirsən –dar ağacında görüş.

O, səndən nə istəyir –əbədi azadlığı,Sən ona nə verirsən –zülümü, işgəncəni,ölümü, kasadlığı.Mən bir Zəlimxan kimiÖz səsimi qatıramDirəxtinin səsinə.Lənət olsun deyirəmBizi sıxan dünyanınZülmünə, zillətinə,qəbrinə, qəfəsinə.Min dəfə lənət olsunyağlanmış kəndirlərə!Qollara kündə-kündəbağlanmış zəncirlərə!Min dəfə lənət olsunÜrəyi parça-parçadağıdan təhqirlərə!Qaniçən cəlladlarınhirsinə, hikkəsinə!Qan ilə qazanılanVarına, dövlətinə,puluna, sikkəsinə!Möhtərəm cənab səfir!Sizi dəvət edirəmRuhun, qəlbin, işığın,Məhəbbət adlı taxtın,Eşq adlı yaraşığınEvinə, Məkkəsinə!Ancaq özündən inci,etmə heç kəsə acıq.

Durur tövbə qapısı,Hər bir kəsin üzünəHər gün açıqdır, açıq!Qoy qəlbi nə istəyirel yazsın, oba yazsın,İstər daşa, yaddaşa,istər kitaba yazsın.Bircə “Heydər baba” yox,min “Heydər baba” yazsın,Ruhların, qələmlərin,dillərin azadlığı.

Heç bəndənin balasıovçuya ov olmasın,Dildə qıfıl, canda dərd,qolda buxov olmasın.Ayaqda qandal, çidar,ruhda cilov olmasın.Yeni bir dünya qursunellərin azadlığı.Birdəfəlik son qoyaqnifrətə də, kinə də,Eşqə də meydan verək,insafa da, dinə də.Tanrıya da xoş gedər,onun bəndəsinə də,Allaha qovuşandayolların azadlığı!!!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets