Xocalı qırğını ilə bağlı Rəsul Həmzətov AzərbaycanYazıçılar Birliyinə başsağlığı teleqramı göndərib.

Aldıq başsağlığı teleqramını,Sağ ol Həmzətoğlu, zəhmət çəkmisən.Nifrətin, qəzəbin görüb tamını,Görünür bir az da xiffət çəkmisən.Əyil, həqiqətin önündə əyil,Qoy bir ibrət olsun bilənlər üçün.Sənin başsağlığın təsəlli deyil,Təhqirdi günahsız ölənlər üçün.

Bu gün yaralıdı qardaşım, bacım,Saysızdı yurdundan perik olanlar.Sənin kimilərə yox ehtiyacım,Sağ olsun dərdimə şərik olanlar.

On səkkiz iyulda sən oldun qənim,Birinci sən tökdün mənim qanımı.Hirsimdən indi də əsdi bədənim,Gizlədə bilmədim həyəcanımı!

Sual ver özünə, nə üçün, niyə,Düzün tərsə döndü, xeyrin şər oldu.Məktubun gələndə Nəbi Xəzriyə,Üzrün günahından beşbetər oldu!

Dostluğu döndərib ocağa, pirə,Qırx il can eşitdin, qırx il can dedin.

Üzün niyə döndü bəs birdən-birə,Yaxşı əvəzinə sən yaman dedin?!

Özüm də bilmirəm nə imiş adı,Bu boyda dönüklük nədən olarmış.Bir dünya şöhrətli sənət övladı,Bir dünya şöhrətli nadan olarmış!

Gün kimi hamıya aydındır, aydın,Mənim tariximə böhtan yazdılar.O gün mənliyimi tapdamasaydın,Bu gün qeyrətimi tapdamazdılar!

Sırtıq sifətinə imperiyanın,Tərsinə açılan şillədi xalqım.Yalanın, böhtanın, şərin, riyanın,Qəlbinə tuşlanan güllədi xalqım!

Düşmənin əliylə sinib kamana,Dostun ürəyinə atılan oxsan.Min dəfə gəlsən də anda-amana,Daha bizim üçün dünyada yoxsan!

Düşmənin xeyrinə ötəndə dil-dil,Diddi qəlbimizi şübhələr, şəklər.Yəqin sən öləndə məsciddən deyil,Tabutu kilsədən götürəcəklər!

Qafqazı həmişə içindən oymaq –Düşmənin bu haqda fikri qətidi.Bizi özümüzlə üz-üzə qoymaq,Birinci Pyotrun vəsiyyətidi!

Dağılır qəm-qüssə, çəkilir kədər,Özgələr vuranda ağrı az olur.

Sənin özününkü vurursa əgər,Ən yüngül yara da sağalmaz olur!

O gün həqiqətin, doğrunun səsi,Tərsinə fırlandı, çəpinə döndü.Məşhur bir müsəlman nümayəndəsi,Məşhur bir erməni tipinə döndü!

Ogünkü çıxışın qan deyirdi, qan,O gün Həmzətovun yalan günüydü.Dağlı papağını dağlar başından,Dərələr dibinə salan günüydü!

Bircə çıxışınla itirdin ondaDağlı xəncərinin itiliyini.Heyif, gözləsək də görə bilmədik,Həqiqət yolunda qətiliyini!

Güllər döşənərdi qədəmlərinə,Alqışlar içində itərdin, Rəsul!Hər dəfə kökünü atıb dərinə,Hamının qəlbində bitərdin, Rəsul!

Duyğular dönərdi coşqun bir selə,Vurğundan seçməzdi səni bu Vətən.Bizim gözümüzdə sən innən belə,Cansız bir ürəksən, başsız bir bədən.

Mənim tariximi bilmə, nə olar,Barı aç bir oxu öz kitabını.Vicdan başın üstə yağdıranda qar,Dediyin sözlərin çək əzabını.

Ay kimi doğulan, Gün kimi batan,İmamın gücündən dünya halıydı.

Bilməmiş olmazsan, Şamili satan,Alçaq bir erməni generalıydı!

Namusdu, qeyrətdi, ismətdi ancaq,Torpaq da, qadın da, papaq da, at da.Müqəddəs telləri qoruyammasaq,Yaşamaq nə lazım bizə həyatda.

Qəbrinə, ruhuna dağ çəkilir, dağ,Ulu Pənah xanın, İbrahim xanın.Sən hardan biləsən, getsə Qarabağ,Beyninə qan sızar Azərbaycanın!

Min dəfə bölünsə bu torpaq, bu yer,Çətin gözün dola, üzün islana.Külli Dağıstanı Moskvaya ver,Güllü Qarabağı Ermənistana!

Xəyanət elədin yurda, vətənə,Nəsə gözləyirsən əvəzində sən.Lenin mükafatı az olub sənə,Nobel mükafatı həvəsindəsən!

Sizdədi ən yaxşı zurnaçalanlar,Züy tut Silvalara, Balayanlara!Tapılır yenə də heyran qalanlar,Dəm ver bayquş kimi ulayanlara!

Qəlbimi, ruhumu külə döndərir,Haqqı tapdayana namərd haqq verir.Məni öldürənə silah göndərir,Məni yandırana yanacaq verir.

Beş ildi Qarabağ alışıb-yanır,Uçulur, dağılır körpülərimiz.

Nalələr od tutub ərşə dayanır,Süngüyə taxılır körpələrimiz.

Qatiltək qalsa da həyatda adı,Hitler eləməyib heç bu qələti.Kənd-kənd, nəsil-nəsil qırdı, taladı,Sənin qardaşların bu məmləkəti!

Dünənki həqiqət bu gün nağıldı,Üzeyir beşiyi yandı, kül oldu.Xocalı şumlandı, Şuşa dağıldı,Qarabağ yaralı bir bülbül oldu!

Beş ildə bir dəfə yansaydı canın,Xəbərdar olsaydın bu ahlarımdan,Böyükdü ürəyi Azərbaycanın,Bəlkə də keçərdi günahlarından!

Məni doğramağa, məni kəsməyə,Yad qılınc olanda, sən bir qın oldun.Söylə, nə ad verim bu tələsməyə?Özgə adı yoxdu, sən satqın oldun!

Kükrəyib coşanda qəzəb selləri,Bir dağın yerində bir tikə qaldı.Dostumuz çevrildi düşmənimizə,Ürəkdə əbədi səksəkə qaldı!

Təmizsə nəfəsin, halalsa qanın,Həmişə ağrısın gərək vicdanın.Dostluq kitabında Azərbaycanın,“Həmzətov” imzalı bir ləkə qaldı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland