Ey əbləhü bimuradü bihuş,Peyğamına dəxi dutmanam guş.

Alman səni mən fəraq əlindən,Qılgil bu xəyali sən fəramuş.

Meydanda başını top çalman,Çövkani-saçım yüz olsa bər duş.

Min qatla səni mən eyləmən yad,Gər qılmaz isən məni fəramuş.

Yüz sən təki huşyar könlüEşqim anı qıldı məstü mədhuş.

Yetərmi əlin, e dəsti-kutah,Mən sidreyi-sərvəmü qəbapuş.

Bu nəqşi-üzarımın ğəmindənYüz lövhi-könüllər oldu mənquş.

Niş oldu Xətayiyə bu ən’am,Çün şəhdü şəkər sən eyləgil nuş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets