Eşitdi bu sözü çün pəriru,Aydır: – Nə söz idi söylədin bu?Sən bilməmisən nə vəhşiyəm mən,Bihudə sözə nə yəxşiyəm mən.Sən bilməmisən ki, mən nə nazəm,Söz əhliyəmü nə əhli-sazəm.Sən bilməmisən gözüm nə gözlər,Könlüm dilər eşidim nə sözlər.Sən bilməmisən ki, mən nə şahəm,Huri həşəmü mələk süpahəm.Sən bilməmisən ki, mən nə şuxəm,Kirpigi, qaşı yay ilə oxəm,Ol bilməz isədə sən bilürsən,Bu həsrəti bəs nədən qılursan?Vargil degil ol rəsulə gəlsün,Ol sözləri naqəbulə gəlsün,Kimdir görəyim gəlür buradən,Vaqif olayım bu macəradən.Bir xoş qulağını burayım mən,Yüzinə tapançə urayım mən.Ta görə əzabi-guşmali,Başdan çıxara çürük xəyali.Öz naməsi tək qılam siyəhru,Ta getməyə hərzə yerə hər su.Qayıtdı çü bağbani-miskin,Yardan naümid, könlü ğəmgin.Çün bu xəbəri Səbayə verdi,Ol miskini yüz bəlayə verdi.Aydır: dedi ol nigari-bədxu,Hey, hef, nə dedin, nə sözdürür bu?Mən xandanü ol gəday xandan?Gün zərrə məqami ay xandan?Gəlsün dedi ol özü burayə,Şayəd ki, sözün ana yarayə.Hala yeri, var özün qatinə,

Ərz eylə pəyami xidmətinə.Şayəd ki, oxuya namən ol yar,Bir və’deyi-vəslə qıla iqrar.Kim, namədə xoş kəlam vardır,Söz yaxşılığı tamam vardır.Bir müstəidin şüarıdır ol,Rəhm edüb apara könlünə yol.Allaha Səba qılıb təvəkkül,Yeridi rəvani bitəəllül.Görsətdi səlamü izzü ikram,Istərdi kəlamın edə e’lam.Öpdü ədəb ilə asitani,Ol sərvi-səhi çü gördü ani,Sordu: – Nə gərək, e hərzə-mərzə,Kim dedi sana ki, gəl bu mərzə?Aydır ki, əya şəhi-zəmanə,Yüz sürməgə gəldim asitanə.Nəvvabü qapuçivü süpərdar,Qəsd etdi Səbayə cümlə yekbarKim, öldürübən həlak edələr,Xəncərlə tənini çak edələr.Qaxıdı sənəm oları varın,Der: – Mən verəyim cəzayi-karın,Məcnun çanağın uşatdı Leyli,Bil kim, var idi onunla meyli.Gər aşiq olursa eşqə sadiq,Mə’şuqi qılur özinə aşiq.Əlqissə, sözünü guş qıldı,Bəs cami-itabi nuş qıldı.Yırtdı əlidən alıb kitabın,Saydı yüzinə üyubi babın.Eybini varın şümar qıldı,Gül yüzlü Səbanı xar qıldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets