Təhsin kərdəne-mə’şuq xişra (Mə’şuqənin özünü öyməsi)
Olam ki, mənim cəhanda həmtam,Nə gördü zəmanə, nə xud əyyam.Kim gördü yüzüm bəğeyri-güzgu?Kim dutdu saçım bəğeyri-giysu?Zənəqdə qomən səvayi-yaşmaq.Geymən əyağa be ğeyri-başmaq.Könlüm tənim üstə məhrəm ancaq,Özüm mən özümə həmdəm ancaq.Kim dutdu saçımni ğeyri-şanə?Cüz sayə qomən ki, kimsə yanə.
Qədr etmən aya ki, var hilalın,Baxman günəşə ki, var zəvalın.Pürxun deyə baxmazam be lalə,Nərgisdən alurmiyəm piyalə?Baxman qədi-sərvə nazlığdan,Dərya suyun içmən azlığdan.Müşk iyləmənəm, yüzü qaradır,Güldəstələmən, yüzü paradır.Dadman şəkəri ki, əsli neydir,Mey içmən əz an ki, fe’li qeydir.Çəng alman ələ ki, bulhəvəsdir,Ney dinləmənəm ki, əz nəfəsdir.Nərgisni görəndə xəstə dermən,Reyhanü bəövşə dəstə dərmən.Şəhlər eşigimdə qul qamusi,Gül yaprağı hücleyi-ərusi.Nə itdir o kim, özün der adəm,Kuyimə sanur özüni məhrəm.Neyçün sanuram mən ani insan?Dərbanım iti itinə dərban.Neyçün sanır ol özünü şeydən?Ədd eyləməzəm mən ani heydən.Bu xissət ilən həm ol münafiq,Andan der imiş özüni aşiq.Xurşid isəm, ani zərrə bilmən,Əflak isəm, ani tərrə bilmən.Yüz var isə eşqimin bəlasi,Qılman birisində mübtəlasi.Bu vəchilə kim, bolubdur övsaf,Qul oldu qapuma Qaf ta Qaf.Yüz min kişi aşiqim cəhanda,Aşiq nə ki, sadiqim cəhanda.Gəlməz biridən mana şikayət,Bilür qamu qılmazam himayət.Bu cümlədən ol nədəndürür piş?Kim, məndən apara nuşi-biniş?Kəmtərdən ani ki, kəm demişmən,Layiq bu cəfayə həm demişicən.
Bilməz nədən ol kəmali-həddin?Kimdir tanımazmı əslü cəddin?Qatımda çü hiç keçməz ərki,Övlatər ana bu işdə tərki.Yoxsa ki, qaşım yayın qururmən,Yüz navəki bağrına ururmən.Bu bir neçə beyti söylə ana,Olmaya dəxi ki, adım ana.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dehname-tehsin-kerdene-me-suq-xisra-me-suqenin-ozunu-oymesi
Use ← → keys to move, R for a random poem
More by this author
Yarı gördüm bu gün xəndan oturmuş,Yanağı tazə gül reyhan oturmuş.
Yer yox ikən, gög yox ikən, ta əzəldən var idimYer yox ikən, gög yox ikən, ta əzəldən var idim.Gövhərin yekdanəsindən iləri pərgar idim.
Zərreyi-mehrində daim, ey cəmali-afitabZərreyi-mehrində daim, ey cəmali-afitab,Əbr yüzündən götürgil dutmagil məndən hicab.
Bu gün ələ almaz oldum mən sazımBu gün ələ almaz oldum mən sazım,Ərşə dirək-dirək çıxar avazım,
Poems by other poets
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar