Amədəne-bağban be suye-əşk. Xəbəre-naomidi (Bağbanın göz yaşının yanına gəlməsi. Ümidsizlik xəbəri)
Gətirdi çü bağban xəbərni,Der: – Qıldı qəbul ol gəhərni.Leykin sana şah verdi dəstur,Getsün dedi tez, oturma, dur, dur!Göz yaşı bulandı, oldu meygun,Könlü bu xəbərdən oldu məhzun.Ğayətdə məlul, halı zəbzəb.Bu fikr ilə sürməz idi mərkəb.Aydır: – Necə varım ol cəvanə?Eşidə bu sözü, odə yanə.Hər fikr ilə, hər ğəm ilə yetdi,Gülşən yörəsini ab dutdi.Şad oldu könül ki, gəldi Yaşıim,Titrər zi həvəs içimlə daşim.Çün gəldi mənim yanuma yetdi,Sordum ana kim, nigar netdi?Ğəm könlünə xeyli kar qılmış,Ya cövrü cəfami yar qılmış?Der: – Sorma, əya ğəribü məhrum,Verməz sana vayə taleyi-şum.Gər qıldı qəbul töhfəmizni,Görmədi vəli çü töhfə bizni.Çün yenə bu sözni eylədim cəm’,Ah oduna can tutuşdu çün şam’.
Dedim yenə ol rəfiqi-halə,Yaşdan dəxi yetmədim vüsalə.Bəs dəxi nedim, nəsihət eylə,Əltafü kərəm, mürüvvət eylə.Aydır: – Yenə göndərin ana Yaş,Ğəmxardurur sana o qəllaş.Dərdi-dilini o yaxşı bilür.Əldən gələni yolunda qılur.Çün töhfəni eyləmiş qəbul ol,Mehr etməginə ümidvar ol.Bir ləhzə fəğanü zari qıldım,Yaşı yüzüm üstə cari qıldım.Əhlən, – dedim – ey gözüm çırağı,Dur yenə sən eyləgil yarağı.Ğeyr əz tu bu işdə piş görmən,Hər yadı özümə xiş görmən.Sən vargil, əya cigər parası,Məskən sanadır gözüm arası.Mərdümlik edib söz etdi qəbul,Almış nəfəsi xəsisü məchul.Durdu yenə aldı ərməğani,Ol sərvə saru gedər rəvani.Dedim ki, səna qıl ol həbibə,Bəs halımı ərzə qıl həbibə.Bəs oxu bu şe’ri yarə qarşu,Bülbül kimi gül’üzarə qarşu.Ta yad edə bu şikəstə halı,Az edə məgər ğəmü məlalı.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dehname-amedene-bagban-be-suye-esk-xebere-naomidi-bagbanin-goz
Use ← → keys to move, R for a random poem
More by this author
Hali-dilimni bəndədən ol yarə söyləniz,Hicr oxu bağrımı necə bir yarə, söyləniz.
Həq əzəl meyxanəsindən verdi bu cami manaHəq əzəl meyxanəsindən verdi bu cami mana,Kainat əhli təəccüb qıldılar qamu mana.
Həq kəlami sevmişəm, sureyi-Yasindən mədədHəq kəlami sevmişəm, sureyi-Yasindən mədəd,Kim, mənə incili-fürqanın duasından mədəd.
Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmişHəq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş,Leyk bu nazikliyi lütf ilə çəndan eyləmiş.
Poems by other poets · Love
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Mürəbbe: Bir namə yazmışdı gözlər şahıBir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Vəfalıya can qurban...«Vəfasız atar gedər»*Heç bilmirəm kimdi yazan, kimdi oxuyan?