Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş,Leyk bu nazikliyi lütf ilə çəndan eyləmiş.
Qamətinin kölgəsi tərhin götürmüş bağiban,Bağda əksindən onun sərvi-xuraman eyləmiş.
Div oğurlamışdı bir zərrə dəhanın nəqşini,Varmış, ondan xatəmi-mehri-Süleyman eyləmiş,
Zülməti-zülfində içmiş, ləblərin abini Xızr,Heyyi baqi bulmuş adın abi-heyvan eyləmiş.
Şanədən məşşatə salmış hər saçın, qılın yerə,Sərbəsər xaki-cəhani ənbərəfşan eyləmiş.
Arizin bağində bir mürği-hərim olmuş Xəlil,Ol səbəbdən həq ona odu gülüstan eyləmiş.
Maqta — the closing couplet bearing the poet’s pen name. Bu Xətai qanını tökməkdə ikən, tökmədin,Onda hər müfti ki, mən etmiş səni, qan eyləmiş.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-heq-lebinden-gonceni-gulsende-xendan-eylemis
Use ← → keys to move, R for a random poem
More by this author
Ol gedən yarımmıdır, ya ixtiyarımdır gedir,Bilməzəm canımmıdır, ya suvlu yarımdır gedir.
Ol kimsə kim, bu dünyəvü üqbadə şahdirOl kimsə kim, bu dünyəvü üqbadə şahdir,Həm ənbiyalər üstə ulu padşahdir.
Ol pəri kim, bu cahanda hüsninin həmtası yoxOl pəri kim, bu cahanda hüsninin həmtası yox,Sərvi-rənanın xuraman qəddinin balası yox.
Ol pəripeykər ki, çeşmimdən nihan olmuş dururOl pəripeykər ki, çeşmimdən nihan olmuş durur,Baqi ömrüm olsun, ol cismimdə can olmuş durur.