Dedim səni sevirəm,Öldü var, döndü yoxdu.Ta son nəfəsə qədər,Yandı var, söndü yoxdu.

Bizə nə dağ, nə dərə,Sevənə yox bənd, bərə.Gəl qalxaq üfüqlərə,Qalxdı var, endi yoxdu.

Səhrası var, yeli var,Məcnun kimi dəli var,Sevənlərin seli var,Hasarı, bəndi yoxdu.

Soldu çiçəyim, zərim,Soyudu ilham pərim.Mənim bu dediklərimVar idi, indi yoxdu.

2010, 13 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love