Yaradanın dəftərindəadı başdan yazılanam,Peyğəmbərin meracınamələklərlə tən gəlmişəm.Savaşlara sərkərdəyəm,barışlara bayraqdaram,Harda dara düşən olsaçağrışına mən gəlmişəm.

Qoca tarix qarşısındaaçıq alın, ağ üz mənəm,Qopuz mənəm, toppuz mənəm,doqquz mənəm, oğuz mənəm.Türk eşqinə dastan yazanqələm mənəm, kağız mənəm,Dövlət atam, millət anam,çox-çox ötədən gəlmişəm.

Düşmən elə bilməsin ki,yer altında itən daşam,Qədimlərdən qaynaq tutandamar-damar bitən daşam.Mən dünyada bu dünyanınözü boyda vətəndaşam,Atillanın qırmancıyam,ulu Metedən gəlmişəm.

Hara dönüb, hara baxsanyerdə mənəm, göydə mənəm,Sazda mənəm, tarda mənəm,udda mənəm, neydə mənəm.Yaradanın yaratdığıxoş olan hər şeydə mənəm,Altı nədir, altmış nədir,min-min qitədən gəlmişəm.

Türküstan, 2009, iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets