Həmzə
Mənə Cəbrayıl əleyhissəlam gəlib “Həmzə ibnƏbdülmüttəlib göydəkilər qatında Allahın və Rəsulununaslanıdır” yazıldığını buyurdu. Ey Rəsulullahın qoruyu-cusu olan Həmzəl Ey Allahın və Rəsulunun aslanıHəmzəl Əgər səndən sonra yas tutmaq lazım gəlsəydi,sevinməyi buraxıb sənə yas tutardım.Hz. Məhəmməd
Meydan savaş meydanıdı,zaman ər zamanıdır,Tək Allaha tapınmışpeyğəmbər zamanıdır.Bir iman baş qaldırırhər işıqlı sinədə,Qalxır islam bayrağımübarək MədinədəlNur dağıdır Məhəmmədaxşama da, sübhə də,Kim dürüst imandadı,kimi hələ şübhədə.Dil tapa biləcəkmiüç iman bir şəhərdə? —Yəhudi, xristian,müsəlman bir şəhərdə.Hər birinin öz dini,peyğəmbəri, kitabı,Hər birinin dünyadaöz sualı, cavabı.Burda məhəbbət gərək,dost eyləsin dinləri,Burda cəsarət gərək,qaldırsın ortalıqdanİnsana qənim olannifrətləri, kinləri.Hamı Xədicə deyilPeyğəmbər deyən kimiona iman gətirə.Bu imanda, bu dindəDünyaya təzə nəfəs,təzə bir can gətirə.
Qüreyşi əl götürmürməkrli inadından,Peyğəmbər çıxmır bir anheç onların yadından.Düşmən əli silahlı,kafir atı yəhərli,Əbu Ləhəb zəhərlilƏbu Süfyan zəhərlilAriflər ətrafındaPeyğəmbərim qayğılı,Peyğəmbərim qəhərlil
Doğma yurdun həsrətiürəyini sıxsa da,Zor gücünə MəhəmmədMəkkəsindən çıxsa da,Düşmən yenə oyaqdı:nə durur, nə dincəlir,Məkkədən Mədinəyəgündə bəd xəbər gəlir,Qəlbaçan heç nə yoxdur,nə gəlirsə şər gəlir.Düşmən geri çəkilmir,tökmür ətəkdən daşı,Onlara dərs olmamışsanki Bədr savaşılDilində Haqqın adı,qəlbində Haqqın dini,İslam Bədrdə verdiMihcat adı daşıyanilk cavan şəhidinilDin və iman yolundaigidlərdən başladı,İslamın ömür yoluşəhidlərdən başladı.Üz-üzədi cəbhələr,Yenə Ühüd çölündəDinli ilə dinsizinqanlı savaşı gedir.Havadadır qılınclar:kiminin qolu düşür,kiminin başı gedir.Qəfil gələn bir xəbərİslamın cəbhəsindəçaxdı ildırım kimi.Torpaq bu zəlzələdənyarıldı şırım kimilHəmzə də şəhid oldu,sinəsindən vurdular,Döyüşlər pələnginiəbədi susdurdularlVəhşi adlı bir həbəşqıyır onun canına,Ömürlük ləkə yaxırözünün ünvanına.Onun tunc sinəsinisərrast alır nişana,Qatil çatır arzuya,şəhid boyanır qana.
Şəhidlik məktəbininilk böyük müəllimiÇarpışır din yolundaSon qüvvət, son iradə,son güc qalana kimilÖldü Həzrəti HəmzəlXəbər bir an içindəyayıldı hər tərəfəlO, bu ölümlə çatırİslam şəhidliyindəən uca bir şərəfə —İslamın vuran qolu,ürəyinin təpərilYetişir Peyğəmbərəonun ölüm xəbəri.İxtiyarsız gözündəntökülür göz yaşları,Artır, birə-min artırqəlbinin təlaşları.Başı bəlalar çəkənPeyğəmbər əfəndimizHeç zaman belə solub,belə üzülməmişdi.Ağladığı günlərigətirirdi yadına,Yaş gözündən heç zamanbelə süzülməmişdi.Çəkəndə çəkilməyəndərdin bəlalarını,Ölüm əldən alanda körpə balalarını,İbrahimi, Qasimitapşıranda torpağa,Dönəndə yanaqlarıxəzan döymüş yarpağa,Xədicəsi ağrıdanyananda, qıvrılanda,Əbu Talib atəşinodunda qovrulanda,Ağlayıb-sızlamışdı,belə ağlamamışdı.Gözündə qanlı sellərÇaylar kimi kükrəyibbelə çağlamamışdı.İçi yanır, çalxanırtufanlı dərya kimi,Yanır bağrı, ürəyiqovrulan səhra kimi.Ürəyini boşaldırgözlərinin yaşıyla,Qəlbinə dağ çəkilirÜhüdün savaşıyla.Kimdi Həzrəti Həmzə?lPeyğəmbərin doğması,qəlbi, ürəyi, canı,Ölümlə pəncələşənBədrin şanlı aslanılKimdi Həzrəti Həmzə?lPeyğəmbər zamanındatufanların şahidi,Peyğəmbəri gözününgiləsitək qoruyanislamın mücahidilKimdi Həzrəti Həmzə?Şəhidlərin ağası,Şəhidlikdə ad qoyan“Seyyidüş-şühəda”sılO vaxtdan bu zamanaŞəhidlik, qəhrəmanlıqaddımlayır yanaşı,Ərşə qədər ucalırislamın məğrur başı.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-hemze
Use ← → keys to move, R for a random poem