Tanrım, şəhid olmağın sirrini öyrət mənə
Peyğəmbər dilindəkiən mübarək kəlmədi,Yerlərə könül verib,göylərə yüksəlmədi,Şəhidlik qisməti dəİlahidən gəlmədi, —Bu əlçatmaz ucalıqheyrətdi, heyrət mənə,Tanrım, şəhid olmağınsirrini öyrət mənəl
Gözüm yox bu dünyanınsərvətində, zərində,Budaqlarım buludda,köküm-rişəm dərində,Niyə şəhid olmadımÜhüd döyüşlərində? —Nədən bu ağır sualverir xəcalət mənə,Tanrım, şəhid olmağınsirrini öyrət mənəl
Şəhidlikdir qaldırandini də, imanı da,Şəhidlikdi zəfərəqaldıran insanı da,Şəhidlikdi yazdıranmillətə dastanı da, —Allahın özü versinhünər, cəsarət mənə,Tanrım, şəhid olmağınsirrini öyrət mənəl
Bu gün də dilimdədirbayatılar, ağılar,Yenə də hücumdadırqaniçənlər, yağılar,Şəhidləri olmasa,millət batar, dağılar, —Ondan gəlir tükənməzəbədi qüdrət mənə,Tanrım, şəhid olmağınsirrini öyrət mənəl
Dinimin ayağınagünah yazırlar bu gün,Ayağımın altınıyaman qazırlar bu gün,İslamın dediyinitərsə yozurlar bu gün, —Cavabını verməsəm,min dəfə lənət mənə,Tanrım, şəhid olmağınsirrini öyrət mənəl
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-tanrim-sehid-olmagin-sirrini-oyret-mene
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Ya rəbbi, bu şəhrə, o üzü mah gələydi,Gedəydi bu zülmət,
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
Allah naminəRoma papasınaEy qəlbi Tanrısının eşqiylə çarpan papas,
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.