Kasıbın bazarlığı
Hesabı bilənlər çox gözəl bilir,Nə ucuz satıldı, nə baha qaldı,Ən çox ucuzlaşan insandır, ancaqYenə də od baha, su baha qaldı.
Yoldular tükünü, qaldı dərisi,Saraldı xanımı, soldu pərisi,Nə malı tapıldı, nə müştərisi,Yenə kasıbınkı Allaha qaldı.
Əlləri tutanı gözü tutmadı,Pisə pis deməyə üzü tutmadı,Onun bu bazarla sözü tutmadı,Onun bazarlığı sabaha qaldı.
2010, 15 avqust
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-kasibin-bazarligi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yaxın düşməz əcəl çünki ürəkdə intizarım var
Yaxın düşməz əcəl çünki ürəkdə intizarım var,Bir atəşgahdır qəlbim, vətənsiz ahü-zarım var.
Xam sevdaKönül çıxart başdanBu xam sevdanı
SəniYerin alt qatına çox da əl atma,Götürübən yerə vurarlar səni.
Fərhad olmazDərd-qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz,