Yaxşıdı
Səsin, ünün eşidilməz olanda,Ünsüz ömrü yaşamasan yaxşıdı.Qiblə seçib namazına durmasan,Yönsüz ömrü yaşamasan yaxşıdı.
Uşaq qəlbin hər gün ağlar, kiriməz,Arzuların ayaq açıb yeriməz.Yüz il qalsa buzun, qarın əriməz,Günsüz ömrü yaşamasan yaxşıdı.
Yağış yağsa, barlı bağa xeyri var,Tər çiçəyə, yaşıl tağa xeyri var.Nə zəmiyə, nə torpağa xeyri var,Dənsiz ömrü yaşamasan yaxşıdı.
Həyat şirin, ömür gödək, gün baha,Bağışlanmaz kim batarsa günaha.Tapınmasan sevgi adlı Allaha –Dinsiz ömrü yaşamasan yaxşıdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yaxsidi-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
NeyləsinOlmasın hicrində bu könlüm pərişan, neyləsin?Etməsin öz canını qurban, neyləsin?
QubadırKəmali-rifəti-Şirvan mə'lum,Maarif mə'dəni xaki-Qubadır.
Tək ağacXalqıma ithaf*Buludlar çaxnaşır göyün üzündə,