Parıltısı göz aldadan dünyamız,Adilərdən lap adiyə dönərmiş.Gur çayların quruyanda yatağı,Talan olmuş bir vadiyə dönərmiş.

Nahaq yerə işıq gəzmə paxırda,Dərd insanı yandırır da, yaxır da.Hər şairin bir günü var, axırdaYa Sabirə, ya Hadiyə dönərmiş.

Ağlayanlar gözyaşında çimsələr,O yaşları kim duruldar, kim silər.Saraylarda Vaqif olan kimsələr,Komalarda Vidadiyə dönərmiş.

2008, martAlmaniya, Münhenürək xəstəxanası

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets