Mən elmin şəhəriyəm, Əli onun qapısıdır.Hz. Məhəmməd

“Pənah aparıramsübhün Rəbbinəl”Gücüm, arxam olsun,pənahım olsun.“Pənah aparıramsübhün Rəbbinəl”,Ümidlə açılansabahım olsun.“Pənah aparıramsübhün Rəbbinəl”,Həzrəti Əlidənsöz açmaq üçünUca söz ən böyükmatahım olsun.Peyğəmbər köməyim,Quran dayağım,Yardımçım tək olanAllahım olsunl

Peyğəmbərin şəhərinəgirmək üçün,Peyğəmbərin şəhərinigörmək üçün,O şəhərin yaşıl cənnətbağlarındaArzuların meyvəsinidərmək üçün,Bir qapı var, o qapınıöz əlimlə açım dedim,Onun irfan işığınıürəyimə saçım dedim.O qapının öz kilidi,öz açarı,O qapının idrak — dili,söz — açarı.O qapının elmi, yükü,fəlsəfəsi —Yaradanın “Bismillah”dangələn səsilO qapının islam ruhu,müslüm canı,Adəm oğlu, o qapınıyaxşı tanı.O — mərifət qapısıdır,xidmətçisi kamil insan,O — şəriət qapısıdır,dürüst ağıl, dürüst iman.O — təriqət qapısıdır,doğru yoldu, doğru ərkan,O — həqiqət qapısıdırbəlli ağıl, bəlli nişan.O — bir qüdrət qapısıdır,Xeybər adlı nişanı var,O — cəsarət qapısıdır,Bədr adlanan meydanı var.O — mərifət qapısıdır,fəqirlərə ehsanı var,O — imamət qapısıdır,dünya boyda heyranı var.O — Məhəmməd qapısıdır,yol göstərən Quranı var,O qapıdan o tərəfəPeyğəmbərin şəhəri var,O şəhərinŞahi-Mərdan dediyimizəsgəri var.O qapıdan girənlərinAllahı bir, peyğəmbəri,kitabı bir,Ruhundakı xoş məramı,dilindəki xitabı bir.Birlik orda, pirlik orda,dirlik orda,Ər meydanı istəyənəərlik orda.O qapıdan şübhə keçmir,güman keçmir,O qapıdan yaxşı keçir,yaman keçmir,O qapıdan işıq keçir,duman keçmir,O qapıdan iştah keçmir,tamah keçmir,Savab keçir, günah keçmir,O qapıdan keçmək üçünsudan duru, aydan arıürək gərək,Təbiətin ipək gərək,məhəbbətin mələk gərək.Həmin qapı Həzrət Əliqapısıdır,Möminlərin əfəndisi,İmam, Vəli qapısıdır.Ədalətin gücü onun,gücün ədaləti onun,Tanrının cənnəti onun,Allahın rəhməti onun.Allah evində doğulan,gözünü Kəbədə açan,Könüllərin həvəsiyləaləmlərə işıq saçan,On yaşından Peyğəmbərəsirdaş olan,Arxa olan, dayaq olan,qardaş olan,Peyğəmbərlə bir ağacdanmayalanan,Peyğəmbərin işığındaziyalananlRuhu təmiz, eşqi uca,nəfsi hala!Sinəsində iman adlıbir cah-cala!İslamın ilk müsəlmanı,İmamətin qəlbi, canı,Əbu Talib övladındandönüb Şahi-Mərdan olan,dönüb Şiri-Yəzdan olan,Qəhrəmanlar qəhrəmanı,daim mərdi-meydan olan,Saya gəlməz savaşlardaislamın şah ələmdarı —Uca Allah bayraqdarılGecə-gündüzfikri-zikri Allah olan,Dar ayaqda, çətin gündədönüb Əsədullah olan,“Kimsəsizə arxa durub,yetimlərə yar” deyilən,Savaşlarda ünvanına“Heydəri-Kərrar” deyilən,Kasıblığı, fəqirliyiən böyük var-dövlət bilən,Bu dövləti insan üçüntükənməz bir sərvət bilən,Qəlbimizə, ağlımızasəda verən,İlahi bir ədalətləruhumuza qida verən,Ağır hicrət gecəsindəPeyğəmbərə sipər olan,Peyğəmbəri qorumaqçüncanında güc, təpər olan,Peyğəmbərin həm bu dünya,həm də axirət qardaşı,qeyrət, cəsarət qardaşı.Ey peyğəmbər şəhərininhaqq qapısı, şah qapısı,Ululara vətən olanulu bir dərgah qapısı.Bizdən sənə salam olsun,ey Əbu Talib övladı,Qazi-ərən savaşlarınmərd oğlu, qalib övladı.Səni sevmək imandandı,ey imanı dastan olan,Gül ağzından gül tökülən,hər sözü gülüstan olan,Səni sevmək imandandı,torpaq kimi, Vətən kimi,Peyğəmbərlə bir olmusan,vücud kimi, bədən kimi.Bir gün məndən soruşdular:“Şair qardaş, səndən ötrü,söylə, kimdir Mövla Əli?”Ürəyimdən bir səs qopdu,Haqdan gələn səda kimi:“Ədalətin zirvəsində,həqiqətin dövrəsindəZamanlara hakim olanbir hakimdir Mövla ƏlilAdını Allah qaldırıb,eşqini Peyğəmbər öyüb,Səhər vaxtı üfüqlərinal rəngidir Mövla Əli.Düldül atı, Qənbər qulu,Zülfüqar kəskin qılıncı,Ədalətin yer üzündəahəngidir Mövla Əli.

Eşqi ləkə, ruhu zədə,dili qeybət tanımadı,Haqdan qeyri başqa arzu,başqa niyyət tanımadı.Ömrü boyu qalib oldu,məğlubiyyət tanımadı,Başdan-başa qələbələrçələngidir Mövla Əli.

Uca islam dünyasınınbir ər oğlu, ər babası,Lap bu günün özündə dəruhun təzə-tər babası.Həsən ilə Hüseyn adlıqoşa imamlar babası,Həm savaşdı, həm barışdı,həm cəngidi Mövla Əli”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love