Məni yer üzündən ayırma, Tanrım,Yerdə sirdaş elə çiçəklərinə.Məni göy üzündən ayırma, Tanrım,Dərdimi söyləyim fələklərinə.

Öpüm sıldırımı, qayadan keçim,Çəkim sığalımı, səhradan keçim.Dalğayla danışım, dəryadan keçim,Qoş məni çöllərin küləklərinə.

Harda cıdır varsa yarışım olsun,Harda savaş varsa barışım olsun.Sağlam toxum olsun, qara şum olsun,Qanad tax qəlbimin diləklərinə.

Əzəldən dostuyam ağrının, ahın,Bir sadiq quluyam eşq adlı şahın.Məndən salam olsun qadir Allahın,Mənə salam verən mələklərinə.

Bişkək, 2009, iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love