Yolumdan saxladı bir gözəl məni,Ovsundu ya gözlər, ya xallar, dedim.Yetər təbiətin özü verdiyi,Nə lazım üzünə yax allar, dedim.

Çoxdu qəlbin yandıranı, yaxanı,Ol eşqimin ya sultanı, ya xanı.Aşiqi yandırıb, açma yaxanı,Səni də yandırıb-yaxallar dedim.

Deməsinlər ağa qara yamandı,Qoy desinlər sevdiyi qız yamandı.Göz-qulaq ol, dilə düşmək yamandı,Nahaqdan bir ləkə yaxallar dedim.

1972, 17 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love