Uçuşlar
Bütün ömrüm boyu, həyatım boyu,Quş kimi uçmuşam yuxularda mən.Qonub ən dəhşətli sıldırımlara,Cəsarət tapmışam qorxularda mən.
Çaldıqca çalmışam qanadlarımı,Ətəkdən zirvəyə, dərədən dağa.Üfüqlər həmişə hazır dayanıb,Öz şair oğlunu qucaqlamağa.
Mənim qanadlanmış yuxularıma,Daş da atan olub, güllə atan da.Qayıdıb hər kəsin özünə dəyib,Mənə çatmayan da, mənə çatan da.
Harda uçmaq olar, harda dayanmaq,Quş dili öyrətdi bu quşlar mənə.İqlimdən-iqlimə soraq apardı,Tanıtdı dünyanı uçuşlar mənə.
Saymaqla qurtarmaz, deməklə bitməz,Yuxuda nə gördüm, kimləri gördüm.Tilsimlər sındırdım, qıfıllar açdım,Xəyala sığmayan dəmləri gördüm.
Özümü göylərin yeddi qatında,Gücümü qırılmaz qanadda gördüm.Tuşuma gələnlər başıma gəldi,Hamısı çin oldu həyatda gördüm.
Sevgim sal qayada gül bitirəcək,Daşlar göyərəcək, mamır bitəcək.İlahi, bitirmə uçuşlarımı,Uçuşlar bitəndə ömür bitəcək.
Türküstan, 2009, iyul
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ucuslar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz,Dərmə hər qönçəni, bir qönçeyi-xəndan gəz-gəz.
Zurnaçılar işə başladıZurnasın molla Qəni köklədi saz etdi yenə,Çaldığı nəğməsini dur diraz etdi yenə.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Bu ayrılığa da yıxılma, könülQəm çəkmə, sıxılma, sıxılma, könül,Heç vaxt ayrılığa yıxılmamısan,