Bir səs qulağıma “hardasan?” — dedi,“Ey səsin sahibi, burdayam”, — dedim.Torpaqda açılan güldə, çiçəkdə,Göylərdə alışan nurdayam, — dedim.

Yerin damarında, göyün tağında,Qəlbin işığında, gözün yağında,Həzrət Məhəmmədlə Həra dağında,Həzrət Musa ilə Turdayam, — dedim.

Sevincin ziliyəm, dərdin pəsiyəm.Nahaqqın harayı, haqqın səsiyəm.Qiyamət gününün nişanəsiyəm,İsrafil çaldığı surdayam, — dedim.

2007, iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets