Gözüm çiçəkləringörüş yeridi,Üzüm şəfəqlərinöpdüyü yerdi.Bu yaşıl gözəllikqadir Allahın,Nurunu üstüməsəpdiyi yerdi.

Ruhuma, qəlbiməmeh sığal çəkər,Küləklər saçımınnazınnan oynar.Təbiət könlümüqanadlandırar,Gözəllik könlümünsazınnan oynar.

Rəssamı tanrıdırbu lövhələrin,Sevməmək olarmıbu gülüstanı?Güllərin hamısıqan rəngindədir,Bəlkə, ona görəcoşdurur qanı?

Qərib bir qonağambu gözəlliyə,Çiçək sirdaş bilər,çeşmə yar, məni.Budur son qazancışair olmağın,Gözəllik hər yerdəağladar məni.2002, 12 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring