Bu izdiham, bu ləngər,bu çalxantı, bu axın,Torpağa candan əziz,Haqqa yaxından yaxın.Ürəyi həsrətinləbirgə döyündü xalqın,Vətənə sığmazlığınbu Vətəni böyütdü,Sən ölümü böyütdün,ölüm səni böyütdü.

Göstərdin bu millətəmillətə xidmət nədir,Göstərdin bu dövlətədövlətə hörmət nədir.Göstərdin insanlarainsana rəğbət nədir,Dən sünbülü bəslədi,sünbül dəni böyütdü,Sən ölümü böyütdün,ölüm səni böyütdü.Milyonların özüdübu axarın şahidi,Səni belə ucaldanTanrıdı, İlahidi.Tarix dedi MÖCÜZƏ ,zaman dedi DAHİDİ,Əbədi ünvan yerinməndə məni böyütdü,Sən ölümü böyütdün,ölüm səni böyütdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death