Ölümün də gözəl oldu həyatın kimi
(Ya Peyğəmbərl Oğlun Qasim, yaxud İbrahimvəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəslikəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özüsonsuzdurl (Sənin nəslin qiyamətə qədər törəyib arta-caq, adına isə həmişə rəhmət oxunacaqdırl)(“əl-Kövsər” surəsi, 3-cü ayə)
Peyğəmbərlərin və şəhidlərin cəsədi torpaqda çürüməz.(“Hədisi-Şərif”)
Dünya yaslı-toyludu,ağlayıb-gülmək üçün,Gələn getmək üçündür,doğulan ölmək üçün.Min ömür də bəs etməzAdəm övladlarınaAxirəti tanıyıb,dünyanı bilmək üçün, —Gur çaylar gör nə qədərdərədən-dağdan keçir,Dəryaların qoynunaaxıb tökülmək üçün.
Xəstədir PeyğəmbərimlHamı bir-bir can atırona yovuşmaq üçün.Hərə bir dərman gəzirfikrində, xəyalında,Peyğəmbərin canındanağrı sovuşmaq üçün.
Yazı belə yazılıb,başa çatır vaxt-vədə,Canda hazırlıq gedirHaqqa qovuşmaq üçün.
İnsan adlı ulu varlıqruh bədənə köçən günüHəyat adlı bir işığa,bir nəfəsə doğru gedir.Cavanlığın səs-küyü var,qocalığın sakitliyi,Bəmdən qalxır zilə doğru,zildən pəsə doğru gedir.
Vurğunluğu, heyranlığıdağda qalır, daşda qalır,Baxışları ölənədəkgözdə qalır, qaşda qalır.Əli Haqqın ətəyində,gözü uçan quşda qalır,Ömrün-günün sorağındasəsdən-səsə doğru gedir.
Bu dünyada qəm nə gəzir,ən dəhşətli qəm ordadı,Qana dönən göz yaşları,can çürüdən nəm ordadı,Gül qoxuyan, alov saçancənnət, cəhənnəm ordadı,İnsan oğlu ilk nəfəsdənson nəfəsə doğru gedir.
Gah sükutda göndərir,gah da səsdə çatdırır,Allah öz fərmanınıson nəfəsdə çatdırır.
Borcunu vermək üçünPeyğəmbərin yolundaİki mələk dayanıb —sağında və solunda.Biri vəhy mələyidi,onun dostu, həmdəmi,İyirmi üç il boyuOnunla bir daşıyıbhəm sevinci, həm qəmi.Biri əcəl mələyi —Gəlib Haqqın əmriniyerinə yetirməyə,Ağrını candan alıb,əzabı bitirməyə.Hara gedirsənsə get,burda dayanmalısan,Ölüm adlı atəşinoduna yanmalısan.Hansı evə gəldisə,salar matəmi, yası,Əzrayıl öz işininustasıdır, ustası.Yüz iyirmi dörd mindisədünyanın peyğəmbəri,Demək, elə bu qədərPeyğəmbər ömrü kəsibƏzrayılın xəncərilGəldi əcəl mələyiPeyğəmbərin ruhunubədəndən almaq üçün,Ölümü hər bir kəsinyadına salmaq üçün.Bu dəmdə Peyğəmbəringözünün ağ-qarası,Tək qızı, tək övladı,ciyərinin parası,Altı qardaş-bacınındünyada tək qalanı,Buludlu göylər kimiboşalanı, dolanı,Fatimeyi-Zəhramız“Vay mənim babam” deyib,yaş töküb ağlayırdı,Hıçqırığı, naləsiQayalara, dağlaradağ çəkib dağlayırdı.Peyğəmbər övladına —“Ağlama, mənim balam,sən ağlama, durl” — dedi,Peyğəmbərin ruhunucanından çıxarmağaƏzrayıl izn istədi,Peyğəmbər “Buyurl” — dedi.Allah əmri veribsə,yetməlidir yerinə,Heç zaman ara vermirdünya xeyir-şərinə.Heç kəs qarışa bilməzYaradanın işinə,Getdisə, salavat çəkgedənin gedişinə.Ölüm Allah işidi,o gəldisə, haqdı bu,Onunku ölmək deyil,Haqqa ucalmaqdı bu.Allah kəlamı üçünyenə qulağı səsdə,Quranı xatırladıyenə axır nəfəsdə.Bizə tapşırdı getdiimanı, müsəlmanı,Bizə tapşırdı getdi,əhli-beyti, Quranı.Bizə tapşırdı getdipak yolunu, sünnəti,Yaradana sevgini,yaranmışa hörməti.Nə dilində şikayət,nə qəlbində ah oldu,Peyğəmbərin son dəfədodağından çıxan sözYenə Qadiri-Qüdrət,yenə də Allah oldu.Allahın səcdəsinəo qədər əyildi ki,İslama, müsəlmanaözü səcdəgah oldu.Gördü uca dostunu,Rəfiqi-Əlasını,Beləcə tamamladıdünyada dünyasını,Tapdı, islamda tapdıhəyatın mənasını.O bir işıqlı gündəgöz açmışdı dünyaya,Bir bazar ertəsindəköçüb getdi dünyadan.İmanın kamilini,qismətin halalını,Əxlaqın ucasınıseçib getdi dünyadan.Mələk kimi gəlmişdimələklərin yoldaşı,Elə mələk kimi dəköçüb getdi dünyadan.
Çox odlarda yanıb, bişibinsan övladı,Heç nə onu yandırmadıvəfatın kimi.“Canım sənə fəda olsun,ya Rəsulullah,Ölümün də gözəl oldu,həyatın kimil” —Axıb gedən göz yaşlarısözünə baxmır,Bu sözləri yana-yanadeyən Əliydi.Bu dünyada əziziniitirən kişi,Peyğəmbərin cəsədiniyuyan Əliydi.Körpəlikdən bu günədəkömrünü verib,Onun bütün varlığınıduyan Əliydi.Kəfənlənib Haqq yerinəqoyulanda da,Yenə ona sirdaş Əli,həyan Əliydi.Ana torpaq Peyğəmbərialdı qoynuna,Şərəfləndi Mədinədəqazılan məzar.O zamandan bu zamanaziyarət oldu,Tarixlərin yaddaşınayazılan məzarlGöy qübbəsi, yer türbəsi,dağ məqbərəsi,Ay da, gün də gecə-gündüzkeşiyindədir.
Varlığı da, məzarı da,məhəbbəti dəYerdə deyil, mələklərinbeşiyindədir.Yer üzündə ikinci birməzar göstərin,Bir bu qədər zəvvar gəlsin,ziyarət olsun.Yatdığı yer ruhu çəksindərinliklərə,Sevgisində bir bu qədərəzəmət olsunlElm özü də bu məzarıziyarətdədir,Məscid burda, məktəb burda,mədrəsə burda.Zəvvarlardı qanadlanangöyərçin kimi,Mələklərdi hər gün verənsəs-səsə burda.Sevən bilir seviləninböyüklüyünü,Sevən bilir taleyinəgün hardan doğur.Bəxt günəşi, Tanrı nuru,Allah işığıPeyğəmbərin uyuduğuməzardan doğur!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-olumun-de-gozel-oldu-heyatin-kimi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
Bayrağım enərkənSən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.
Baxİnsan oğlu qafil olma, aç gözün qəbristanə bax!Üz çevir haqqın yoluna, haqq ilə divanə bax.
ای شاه! یاور تو درین غم خدای بادطبع تو شاد و تیغ تو عالمگشای باد