Könlü arzuların izinə düşən,Gözü uzaqlara dikilən mənəm.Xəyalı düzlərə, fikri dağlara,Yuxusu göylərə çəkilən mənəm.

Görüşək, eşqinlə axım çay kimi,Yanım Günəş kimi, doğum Ay kimi.Gəl ki, gəlişinlə bir saray kimi,Ucalan, qurulan, tikilən mənəm.

Sanama anları, san yeri deyil,Bizə illər gərək, an yeri deyil,Əzizim, sökülən dan yeri deyil,Sənin həsrətinlə sökülən mənəm.

1975, 10 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets