Tanrım, məni şəhid eylə
Yazma mənim qismətimə nəs taleyi,puç günüm,Güllələrdən qaçan günü – günah günüm,suç günüm.Ölüm nədir – yer üstündən yer altınaköç günüm,Tanrım, məni şəhid eylə bu torpağınyolunda!
Ürəyimdə şimşək çaxsın, gözlərimdəildırım,Nəfəsimlə toza dönsün uçrum, yarğan,sıldırım.Qayaları bayraq kimi başım üstəqaldırım,Tanrım, məni şəhid eylə bu torpağınyolunda!
Ac qurd kimi daraşdılar, o soxuldu,bu cumdu,Bilmədilər insan mənim Allahımdı,gücümdü.Son saatım, son xilasım, son əlacımhücumdu,Tanrım, məni şəhid eylə bu torpağınyolunda!
Üç yüz ildi aralanmır məni tapanbir bəla,Yezid, Şümür hökmündədir göydən yağanhər bəla.Kərbəlanın adı çıxıb, mənəm əsilKərbəla,Tanrım, məni şəhid eylə bu torpağınyolunda!
Özümə bir dən olmuşam, özgəsinəbir zəmi,Qorxum yenə əsarətdir, yerim yenəzirzəmi.Çaşdırıblar tariximi, tarixçimi,mirzəmi,Tanrım, məni şəhid eylə bu torpağınyolunda!
Qəzəbimi şəhid eylə qeyrət kimicücərsin,Gəncliyimi şəhid eylə, şəhidliyibecərsin.Oğul gərək varlıq üçün yox olmağıbacarsın,Tanrım, məni şəhid eylə bu torpağınyolunda!Bu məsləkin, bu millətin, bu bayrağınyolunda.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-tanrim-meni-sehid-eyle
Use ← → keys to move, R for a random poem
More by this author
Xatirələrim dünənin əlindədi,Ümidlərim sabahın.
BabamQalaaltıda müalicədə idim. Saatlı rayonundan*gəl miş 80 yaşlı Ağamirzə kişi ilə tanış olub doğma -*
Şair vaxtıVaxt olar, zəhmətin zay olar, heç olar,Vaxt olar, qurbanın xınalı qoç olar.
Əhməd CavadƏhməd Cavad hardan alıb bu şöhrəti,Nə şah olub, nə bəy olub, nə xan olub.
Poems by other poets · Divine love
Varlığımla, ürəyimlə,Hissim, duyğum, diləyimlə,
Yalan hakim olubQorxu kölgəsinə sığınmış bu günSədaqət, dəyanət, məhəbbət, allah.
Bayrağım enərkənSən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.
Eşq yolunda gərəkdür himməti-ali rəfiqEşq yolunda gərəkdür himməti-ali rəfiqKim, demişlər əhli-dil əvvəl rəfiq, andin təriq.