İçində çək bu dərdi
“Dərdim, odum var”, – deyib,Haylama, haraylama.İçində çək bu dərdi,Heç bir kəsə paylama.
Söykə qəmli başınıBir divarın daşına.Qəlbindən keçənləriSöyləmə sevgilinə,Danışma qardaşına.
Hamıya vermir Allah,Dərdi çəkənə verir.Sevdiyinə YaradanDərddən başqa nə verir,İçində çək bu dərdi.
Min dərdin əvəzidi,Baxma ki, birdi dərdin,Sirri Allah açmayıb,Sən açma, sirdi dərdin.Torpaqdı son əlacı,Sonu qəbirdi dərdin,İçində çək bu dərdi.
Son dəfə ah çəkəndə,Ahından haqq biləcək.Bilən bircə sən idin,Bir də torpaq biləcək,İçində çək bu dərdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-icinde-cek-bu-derdi
Use ← → keys to move, R for a random poem
More by this author
Bir dünya gözəli çıxdı qarşıma,İnsan nə deməkdi, mən onda bildim.
MənimdiBaşdan-başa qara geymiş ay gəlin,İtirdiyin oğuldumu, ərdimi?
Şahım olaydıGözümün önündən tez getməsəydin,Göz olub baxardım yanaqlarına.
İtən sevgiNolar Allah adama qara xal verəndə,Gözəl üz, incə qamət, göyçək camal verəndə.
Poems by other poets · Divine love
Allah bu gün yaman çaşıb deyəsən,Ya da göydə yorğun düşüb deyəsən,
OlmusanYazıq könül, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan?
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Düzlər məsləkini izləyənlər dastanının davamıBu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,Eşq əhlinin kami-dili bu mənzildən hasildir.